İDMAN

Rafael Ağayev başqa idman növünə keçir

2022-ci ilin ilk yarısında Azərbaycanın tanınmış karateçisi özünü yeni idman növündə sınayacaq.
Sputnik
BAKI, 31 dekabr — Sputnik. Dünya karatesinin qara brilyantı, beşqat dünya çempionu, Olimpiya Oyunlarının vitse-çempionu Rafael Ağayev aktiv şəkildə kombat karateyə hazırlaşır və artıq boks fəndlərini təkmilləşdirməyə başlayıb.
Azərbaycanın ən məşhur karateçisi əvvəllər də bir neçə dəfə soial şəbəkədə bildirib ki, gələn il kombat karateyə keçmək niyyətindədir (qarışıq döyüş növlərinin analoqu). İndi isə Ağayev artıq aktiv şəkildə özü üçün yeni olan idman növündə debütə hazırlaşır. Burada o, nəinki karate, digər döyüş növlərinə də hakim olmalıdır.
Hələlik Rafal Ağayevin kombat karatedə debütünün dəqiq vaxtı bəlli deyil, bunun 2022-ci ilin ilk yarısında olacağı proqnozlaşdırılır.
Xatırladaq ki, bir müddət əvvəl beşqat dünya çempionu karyerasını bitirmək fikrində olduğunu yazmışdı. Görünür, həmin vaxt söhbət ənənəvi karate ilə sağollaşıb, daha çox qonorar verilən kombat karateyə keçməkdən gedirmiş.
Həmçinin Ağayev Bakı Baş İdarəsində işə düzəlməyini xahiş etmişdi, o, hazırda "Qəbələ" klubunda çıxış etdiyinə görə aşağı (480 manat) qonorar aldığından şikayətlənmişdi.
Eləcə də oxuyun:
* Rafael Ağayev altıncı qızılı götürə bilmədi
* Rafael Ağayev: "Axşam məşq edib, növbəti yarışa hazırlaşacam"
* Azər Əliyev: Şuşa və Kəlbəcərdə məşqlər atletlərimizə faydalı olacaq