DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ankara Ermənistanla danışıqların vaxtını açıqladı

İbrahim Kalın da jurnalistlərə açıqlamasında bildirib ki, artıq Ermənistanla əlaqələrin normallaşmaması üçün səbəb yoxdur.
Sputnik
BAKI, 30 dekabr — Sputnik. Türkiyə ilə Ermənistanın xüsusi nümayəndələrinin ilk görüşü yanvarda nəzərdə tutulub.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Tarix hələ bəlli deyil, ancaq görüşün yanvarda baş tutacağı gözlənlir", - nazir 24TV-yə müzahibəsində deyib.
Qeyd edək ki, cari ilin dekabrın əvvəlində Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkəsinin Ermənistanla münasibətlərinin normallaşdırılması üçün bir sıra addımlar ata biləcəyini bildirmişdi. O qeyd etmişdi ki, Ermənistanla münasibətlər məsələsində Azərbaycanla da məsləhətləşmələr aparılır.
İlk görüşün Moskvada keçiriləcəyi deyilir.
Ermənistanla Türkiyə arasındakı münasibətlər 1993-cü ildən bəri bəzi ön şərtlərlə bağlı yox səviyyəsindədir.
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da jurnalistlərə açıqlamasında bildirib ki, artıq Ermənistanla əlaqələrin normallaşmaması üçün səbəb yoxdur:
"1992-ci ildə Türkiyə Ermənistanla diplomatik əlaqələrini kəsəndə, sərhədi bağlayanda əsas məsələ Qarabağın işğalı idi. Keçən il 44 günlük müharibədə qazanılan Zəfərlə Qarabağ problemi həll edildi. Qarabağ tarixi sahiblərinə qayıtdı və 1992-ci ildə bizim Ermənistanla əlaqələrimizin sona çatmasına səbəb olan problem həll edildi".
Eləcə də oxuyun:
* Türkiyə Ermənistanla anlaşacaq: görüşün məkanı bəllidir
* Rəsmi Ankara: Ermənistanla əlaqələrin normallaşmaması üçün səbəb yoxdur