CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan iranlı dustaqları ekstradisiya edəcək

Ceyhun Bayramov bildirib ki, qırx dörd günlük müharibədə İranın məsələnin ərazi bütövlüyü daxilində, işğala son qoyulması ilə həllinə dair mövqeyi Azərbaycan tərəfindən dəstəklənib.
Sputnik
BAKI, 29 dekabr - Sputnik. Azərbaycan 21 dustağı İrana təhvil verəcək. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Abbas Musəvi deyib.
Diplomat bildirib ki, İran XİN-in başçısı Hüseyn Əmir Abdullahiyanın Azərbaycana səfərindən sonra səfirliyin səyi və Azərbaycan rəsmilərinin humanistliyi ilə bu ölkədə həbsdə olan 21 İran vətəndaşı ölkələrinə təhvil veriləcək.
Onlar yaxın günlərdə İrana göndəriləcək. Səfir qeyd edib ki, təhvil veriləcək dustaqlardan üçü qadındır.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə keçirilən görüşdən sonra bildirib ki, qırx dörd günlük müharibədə İranın məsələnin ərazi bütövlüyü daxilində, işğala son qoyulması ilə həllinə dair mövqeyi Azərbaycan tərəfindən dəstəklənib.
Nazir diqqətə çatdırıb ki, artıq regionda yeni iqtisadi artım imkanları var. Bu şərait bütün bölgə ölkələri üçün faydalı olacaq.
Həmçinin oxuyun:
İran Xarici işlər nazirindən Bakıda vacib bəyanatlar
Rusiya, İran və Türkiyə zirvə görüşü keçiriləcək - məqsəd nədir?
Rəsmi Tehran 3+3 formatını dəstəklədiyini bəyan edib
İranın gözlənilməz təklifi Qafqazda vəziyyətə necə təsir edəcək