"Konservləşdirilmiş, duzlu və marinə olunmuş qidalar eyni zamanda öd daşı və öd xəstəliyi olan insanlar üçün də ciddi təhdidedici səbəblər sırasındadır. Bu qidaların qəbulu həmin insanlar üçün ağrıların artmasına və xəstəliyin kəskinləşməsinə gətirib çıxara bilər. Eyni zamanda qış fəslində axşam saatlarında yeyilən xəmir yeməklərinin istifadəsinin artması və fiziki aktivliyin azalması da bu problemlərin tez-tez rast gəlinməsinə gətirib çıxarır".
"Mədə xəstəliklərinin səbəbləri dedikdə ilk növbədə həyat tərzini vurğulamaq istərdim. Ət məhsullarının istifadəsi ölkəmizdə daha çoxdur. Aparılmış elmi tədqiqatlar göstərir ki, meyvə-tərəvəzlə qidalanan insanlarda mədə-bağırsaq xərçənginin riski ət məhsulları ilə qidalanan insanlara nisbətdə dəfələrlə az olur.
Bir digər faktor istə acqarına alkoqol, tütün, energetik içkilərin qəbulu, yuxu rejiminin pozulmasıdır ki, bu da insanlarda mədənin əsas xəstəliklərinə səbəb olur. Əsasən də reflüks şikayətinin artmasına səbəb olur. Bir digər əsas məsələ də nəzarətsiz dərman qəbuludur. Belə ki, xəstələr həkim nəzarəti olmadan bir çox dərmanları miqdarından çox istifadə edirlər. Məsələn bunlara ən çox ağrıkəsiciləri misal göstərmək olar. Orqanizmdə olan ağrını müvəqqəti saxlamaq üçün hətta həftələrlə qəbul edilən bu dərmanlar çox ağır nəticələr gətirib çıxarda bilir.
Təcrübəmizdə ağrıkəsicilərin yüksək dozada və uzun müddətli qəbulu mədə-bağırsaq qanamalarına səbəb olan pasiyentlərimiz olub. Bu səbəbdən bir daha oxuyucularımıza həkim tövsiyəsi olmadan dərman qəbulundən çəkinmələrini tövsiyə edirəm".