VİDEO

Çinli meşəbəyi Sibirdən köç edən quşlara qulluq edir

Minlərlə qu quşu Sibirdən Çinin Şansi əyalətinə köç edib. Xuanxe çayının sahilində quşları yerli əhalinin "Qu atası" adlandırdığı meşəbəyi He Çiyansi qarşılayıb.
Sputnik
He Çiyansi 20 ilə yaxındır ki, bu ərazidə meşəbəyi işləyir. O, qış aylarında bu diyara qonaq gələn qu quşlarını qarğıdalı və kələmlə bəsləyir. Buranı qu quşlarından əlavə, qarğalar da bəyənirlər. Adətən oktyabrın ortalarından dekabrın sonuna kimi qu quşları buraya köç edir.
Zərif quşları görmək üçün Çinin müxtəlif yerlərindən buraya turistlər gəlirlər. Həvəskar fotoqraf Yao müsahibəsində bildirib ki, mənzərə düşündüyündən də gözəl görünür. O deyib ki, gələcəkdə mütləq yenidən buraya gələcək.
Həmçinin baxın:
Cənub bölgəsinin Yeni il süfrəsinə maraq qatacaq qaşqaldaqlı plov
Qeyri-adi tərzi ilə təəccübləndirən 94 yaşlı Zülfüqar baba
Qida məhsullarından sənət əsərləri yaradan Azər Səfərov