“Bu gün Azərbaycan Respublikasının İran İslam Respublikası tərəfindən tanınmasından 30 il ötür”.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın Azərbaycandakı Səfirliyinin “Twitter” səhifəsində paylaşım yerləşdirilib.
“Bu hadisə iki dost, qardaş və qohum xalqın tarixində yeni səhifə oldu. Bu dostluq və qardaşlıq əbədi olacaq”, - deyə paylaşımda qeyd olunur.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə keçirilən görüşdən sonra bildirib ki, qırx dörd günlük müharibədə İranın məsələnin ərazi bütövlüyü daxilində, işğala son qoyulması ilə həllinə dair mövqeyi Azərbaycan tərəfindən dəstəklənib.
Nazir diqqətə çatdırıb ki, artıq regionda yeni iqtisadi artım imkanları var. Bu şərait bütün bölgə ölkələri üçün faydalı olacaq.
Həmçinin oxuyun:
Rəsmi Tehran 3+3 formatını dəstəklədiyini bəyan edib
İranın gözlənilməz təklifi Qafqazda vəziyyətə necə təsir edəcək