SƏHİYYƏ

"Omikron" ştammının yayılmasını necə ləngitməli? Rusiyalı həkim açıqladı

Məşhur həkim Myasnikov deyir ki, intranazal peyvəndin tətbiqi "Omikron" ştammının yayılmasını yavaşlada bilər.
Sputnik
BAKI, 25 dekabr — Sputnik. Həkim və teleaparcı Aleksandr Myasnikov koronavirusun "Omikron" ştammının yayılmasını yavaşlatmağın yolunu açıqlayıb. Bu barədə həkim öz teleqram kanalında qeyd edib.
"Yeri gəlmişkən, COVID-19-a qarşı intranazal peyvəndin erkən tətbiqi "Omikron"un sürətlə yayılmasını ləngidə bilər. Onun çoxalmasını dayandırmaq üçün peyvəndi tam olaraq virusun daxil olduğu burun udlağına tətbiq etmək lazımdır", - deyə həkim vurğulayıb.
Xatırladaq ki, Myasnikov COVID-19 xəstəliyi zamanı özbaşına tətbiq edilə bilməyən dərmanları açıqlayıb. O, həmçinin rusiyalılara özlərinə məxsus müalicədən istifadə etməmək barədə xəbərdarlıq edib. Mütəxəssis vurğulayıb ki, virusa yoluxmanın qarşısını peyvəndin köməyi ilə almaq ən yaxşısıdır, çünki bu, infeksiyaya qarşı ən təsirli qorunma olaraq qalır.
Bundan əvvəl həkim koronavirusun "omikron" ştammına qalib gəlmək üçün xəstəlikdən və ya peyvənddən sonra altı aydan gec olmayaraq revaksinasiya olunmağı məsləhət görüb.

"Omikron" ştammının əsas əlamətləri bunlardır

Yeni növ koronavirusun (COVID-19) sürətlə yayılan "Omikron" ştammı artıq qonşu ölkələrdə də qeydə alınır. Virusa yoluxma nəticəsində ölüm hallarının sayı da artıb. Həkimlər bildirirlər ki, "Delta" ilə müqayisədə daha təhlükəli sayılan bu virusa yoluxma zamanı temperatur uzun müddət enmir.
Bunu Sputnik Azərbaycana Bakıdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının uşaq poliklinikasının həkim-infeksionisti Aytən Ziyadova deyib:
"Omikron" ştamında əsas qeyd olunan əlamətlər baş və boğaz ağrısı ilə yanaşı, mədə-bağırsaq pozuntusu, diareya və sairədir. Həmin əlamətlərin müşahidə edildiyi halda diqqətli olmaq tələb olunur. Pandemiya dövründə yaşadığımıza görə həmin əlamətlər, o cümlədən yuxarı tənəffüs yollarına aid olan bütün əlamətlər olanda mütləq COVID-ə qarşı analiz vermək lazımdır. "Delta" ştammında daha çox intoksikasiya əlamətləri çox sürətlə inkişaf etdiyi halda, "Omikron" ştammında sürətli gediş və ağırlaşmalar az müşahidə olunur".
"Omikron" ştammı artıq əksər ölkələrdə yayılıb. Ölkəmizdə isə yeni ştamma hələlik rast gəlinməyib. Həkim-infeksionistin dediyinə görə, bunun başlıca səbəbi peyvəndləmənin vaxtında və mütəmadi aparılmasıdır.
O bildirib ki, lakin son günlər qonşu ölkələrdə baş verənlər onu deməyə əsas verir ki, daha diqqətli davranmalı, təhlükənin çox yaxında olduğunu unutmamaq lazımdır:
"Nəzərə almaq lazımdır ki, Azərbaycan Cənubi Qafqazda ilk ölkədir ki, vətəndaşların vaksinasiyası aparılır və bu proses intensiv olaraq davam edir. Bununla yanaşı, xeyli xəstələnib sağalanlar var. Bütün bunlar kollektiv immuniteti möhkəmlədir. Ona görə də həmin ştamm yayılacağı təqdirdə belə, digər ölkələrdə olduğu kimi böyük təhlükə doğurmayacağı və intensiv xarakter almayacağını güman etmək olar".
Xatırladırıq ki, ötən gün Tehranda "Omikron" ştammına ilk yoluxma baş verməsi barədə məlumat yayılıb. Bundan başqa, Rusiyada 25, Türkiyədə 6, Gürcüstanda 2 yoluxma faktı qeydə alınıb.
Həmçinin oxuyun:
Bu ölkə "Omikron"a görə əcnəbi turistlərin ölkəyə girişinə məhdudiyyətlər tətbiq edir
"Omikron" ştammına qarşı peyvənd hazırlanır
ÜST-dən milad bayramı ilə bağlı təklif
"Omikron"un bu simptomu özünü gecələr göstərir
ÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma