“Hətta vaxtilə Fransanın bəzi regionları ilə Qarabağda qurulmuş separatçı rejim arasında sazişlər bağlanmışdı. Azərbaycanın atdığı addımlar nəticəsində bu sazişlər hüquqi qüvvəsini itirmiş oldu. İndiki situasiyada da Azərbaycan XİN-in adekvat reaksiyası Fransanı düşünməyə vadar edəcək”.
“Azərbaycan təhlükəsizliyinə və maraqlarına zidd olan addımların qarşısını almaq iqtidarındadır. Azərbaycan ərazilərinə bundan sonra da qanunsuz səfərlər davam edəcəksə, öz ərazilərinə çıxışı məhdudlaşdırmaq üçün bütün imkanları mövcuddur. Bu istiqamətdə hər hansı dəyişiklik baş verməzsə, Laçın dəhlizində öz nəzarətini təmin etmək hüququndan istifadə edəcək”.
“Bu da ondan ibarətdir ki, hər hansı sənəddə, hansısa formatın gündəliyində status mövzusuna yer olmadı. Bu baxımdan Qarabağda yaşayan ermənilərin subyekt kimi mövcudluğuna diqqət çəkmək üçün belə səfərlər edirlər. Səfərin forması da maraqlı idi. Yəni bunu edən dövlət təmsilçisi yox, prezidentliyə namizəd idi. Nəzər almaq lazımdır ki, bu səfəri edən hazırkı Fransa prezidentinə də müxalif mövqedə dayanır”.
“Burada sülhməramlıların da rolunu qeyd etməliyik. Çünki onlar da səfərin reallaşmasına imkan veriblər. Buradan çıxarılan nəticə odur ki, Azərbaycan Laçın dəhlizinə nəzarət mexanizmi tətbiq etməlidir”.