İDMAN

Avropanın ən reytinqli futbolçusu kimdir?

İngiltərə "Liverpul"unda çıxış edən Məhəmməd Salah 7,89 xalla ikinci, Fransa PSJ-sindən Kilian Mbappe 7,80 xalla üçüncü olub.
Sputnik
BAKI, 25 dekabr - Sputnik.Cari ildə Avropanın top-5 liqalarında çıxış edən ən reytinqli oyunçular müəyyənləşib. Sputnik Azərbaycan "Report"-a istinadən xəbər verir ki, Almaniyanın "Bavariya" klubunun hücumçusu Robert Levandovski 8,08 xalla bütün rəqiblərini qabaqlayıb.
İngiltərə "Liverpul"unda çıxış edən Məhəmməd Salah 7,89 xalla ikinci, Fransa PSJ-sindən Kilian Mbappe 7,80 xalla üçüncü olub.
Нападающий «Ливерпуля» Мохамед Салах пробивает пенальти в ворота Тоттенхэма
İspaniyanın "Real Madrid" komandasının forvardı Kərim Benzema (7,75) və İtaliya "İnter"indən Hakan Çalhanoğlu (7,48) növbəti pillələrdə qərarlaşıb.
PSJ-də çıxış edən və bu il "Qızıl top" mükafatını qazanan Lionel Messi siyahıda yer almayıb.
Həmçinin oxuyun:
Azərbaycanlı futbolçuda dopinq aşkarlanıb - AMADA-nın direktoru Şəfəq Hüseynli
Qurban Qurbanov "Qarabağ"da qaydaları sərtləşdirir
"Qarabağ"ın yeni Rus futbolçusu, tanıyaq - VİDEO