SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Paşinyandan Azərbaycana Avropa İqtisadi İttifaqı və sülh müqaviləsi ilə bağlı jest

Əgər görsək ki, bu addım regionun dinc inkişafı üçün era açacaq, buna qarşı olmayacağıq.
Sputnik
BAKI, 24 dekabr — Sputnik. Əgər regionun dinc inkişafına töhfə verəcəksə, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə olmayacaq.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mediaya on-layn müsahibəsində deyib.

"Əgər görsək ki, bu addım regionun dinc inkişafı üçün era açacaq, təbii ki, buna qarşı olmayacağıq. Bir sıra məsələlər üzrə danışıqlarda yeni münaqişə mənbəyi yaratmaq məntiqsiz olardı”, - Paşinyan bildirib.

O həmçinin qeyd edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır:

“Əlbəttə, biz bu mövzuda danışıqlara başlamaqda və sülh müqaviləsinin özünün imzalanmasında maraqlıyıq. Bu yaxınlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların gündəliyini təklif etdilər ki, onun da bəndlərindən biri hərtərəfli sülh nizamlanması məsələsi idi. Bəli, biz bunda maraqlıyıq.”

Dekabrın 10-da Qazaxıstanın keçmiş prezidenti, Avrasiya İqtisadi Birliyinin Ali Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycanın Avrasiya İqtisadi Birliyində müşahidəçi dövlət olmasına dəvət edilməsini mümkün hesab edib. O, bunu Avrasiya İqtisadi Birliyinin Ali Şurasının videokonfransında çıxış edərkən deyib.
O bildirib ki, uzun illərdən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərin qurulmasını alqışlayır:
"Düşünürəm ki, bu hamı üçün belədir. Bu haqda əvvəllər də deyilmişdi ki, Azərbaycanın şurada müşahidəçi kimi iştirak etməsi mümkündür. Artıq Özbəkistan müşahidəçi qismində təmsil olunur. Onlar bundan mənfəət də qazanırlar".
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Azərbaycan ilə Avrasiya İqtisadi İttifaqı arasında qarşılıqlı fəaliyyət ticarətin intensivləşməsinə və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə töhfə verəcək.
Həmçinin oxuyun:
Nazarbayev Azərbaycanı da görmək istəyir
Paşinyan regionda böyük sülhün anonsunu verdi