ELM

Koronavirusa qarşı effektiv müdafiə aşkar edilib: Mis bəşəriyyəti xilas edə bilər

Vaterloo Universitetinin alimləri virusa qarşı qorunmanın mis təbəqəsində olduğunu aşkar ediblər.
Sputnik
BAKI, 24 dekabr — Sputnik. Kanadanın Vaterloo Universitetinin alimləri təmiz mis və ya mis birləşmələrindən ibarət təbəqələrin "SARS-CoV-2" koronavirusunu tez bir zamanda təsirsiz hala sala və ya məhv edə biləcəyini aşkar ediblər. Bu barədə "APL Materials" jurnalında dərc olunan məqalədə qeyd edilib.
Tədqiqatçılar altı müxtəlif ultra nazik mis və ya mis oksid təbəqəsinin genetik cəhətdən "SARS-CoV-2"yə bənzər koronavirus növü olan "HCov-229E" ilə necə qarşılıqlı əlaqədə olduğunu araşdırıblar.
Sınağa insan telindən min dəfə nazik olan təbəqəni şüşə və ya parçanın üzərinə tətbiq etdikdən sonra nümunəni tərkibində virus olan məhlula salınması və ya məhluldan bir neçə damcı təbəqəyə əlavə edilməsi daxil idi. Daha sonra virusun replikasiya sürətini ölçmək üçün təbəqə ilə təmasda olan məhlulu sağlam hüceyrələrlə qarışdırıblar.
Məlum olub ki, mis və mis tərkibli birləşmələr virusa qarşı təsirə malikdir ki, bu da nano ölçülü təbəqələrin hissələri tərkibində virus olan mayedə həll olunanda güclənir. Tədqiqatçıların sözlərinə görə, tibbi maska taxılan zaman virusdan qorunmanı əhəmiyyətli dərəcədə artırmaq üçün maskanın parçasına mis təbəqə tətbiq oluna bilər.
Eləcə də oxuyun:
* ÜST-dən milad bayramı ilə bağlı təklif
* "Omikron"un bu simptomu özünü gecələr göstərir
* ÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma zəifdir
* COVID-dən sonra bu dərmanlar insulta səbəb bilər
* Vaksin olunmuşlardan yoluxma ehtimalı