BAKI, 23 dekabr — Sputnik. Ermənistanın paytaxtı Yerevanda etiraz aksiyası keçirilir. Sputnik Azərbaycan "News.am"a istinadən xəbər verir ki, Parakar icma sədrliyinə namizəd Volodya Qriqoryanın tərəfdarları Baş nazir Nikol Paşinyan, müdafiə naziri Suren Papikyan, o cümlədən əmək və sosial məsələlər naziri Narek Mkrtçyanla görüşün keçirilməsini tələb edirlər.
Etirazçılar Parkar icmasının sədrliyinə keçirilən seçkilərdə saxtakarlığın olduğunu iddia edirlər. Nümayişçilər vurğulayıblar ki, Baş nazir Nikol Paşinyan kimi Volodya Qriqoryan da xalqın səsini qazanıb və ona görə də məhz o, seçkilərin qalibi elan olunmalıdır.
Qeyd edək ki, seçkilər nəticəsində Parakar icmasına sədrlik postuna "Həyat üçün ölkə" partiyasından Volodya Qriqoryanın namizədliyi sürülüb və on səslə mer seçilib. "Həyat üçün ölkə" partiyası bildirib ki, qanuna əsasən 40%-lik göstərici ilə yeganə namizədi mer postuna seçmək olar.
Bundan sonra Ermənistanın hakim partiyası "Vətəndaş Müqaviləsi"nin təmsilçiləri də daxil olmaqla, Ağsaqqallar Şurasının üzvləri 11 səslə (yəni 50%-dən artıq göstərici ilə) bu icmada David Minasyanı mer seçiblər. Vəziyyət o yerə çatıb ki, bu gün icmada keçirilməsi planlaşdırılan merin and içməsi mərasimi təxirə salınıb.
Həmçinin oxuyun: