BAKI, 23 dekabr — Sputnik. 2021-ci ildə ən çox istifadə olunan sosial şəbəkə "TikTok" olub, bu tətbiq 2020-ci ili lider kimi başa vurmuş "Google" axtarış saytını belə, geridə qoyub. Bu barədə "Wall Street Journal" "Cloudflare" şirkətinə istinadla məlumat yayıb.
Tədqiqatlar göstərib ki, qısa videoçarxların yaradılması və izlənməsini nəzərdə tutan bu virtual platforma ilk dəfə fevral ayından etibarən lider mövqeyinə çıxıb və əsasən avqust ayına kimi bu mövqeyini qoruyub saxlaya bilib. Halbuki 2020-ci ildə "TikTok" siyahıda yeddinci yerdə idi.
Bu ilin ikincisi isə "Google" saytı olub, ondan sonra "Facebook" gəlib.
Qeyd edək ki, "TikTok" Pekinin "ByteDance" şirkətinə məxsus kiçik videoçarxlar yaratmaq və izləmək üçün servisdir. 2018-ci ildə istifadəyə verilmiş beynəlxalq versiyası Çində kiçik videolar üzrə aparıcı platforma hesab olunur və get-gedə digər ölkələrdə də məşhurlaşaraq ən çox inkişaf edən və yüklənən tətbiqə çevrilir.
Həmçinin oxuyun:
DİN kiberşantaja məruz qalmamaq üçün xəbərdarlığını etdi: internetdə bunları etməyin