BAKI, 22 dekabr — Sputnik. Koronavirusa qarşı eyni adlı peyvəndi hazırlayan Oksford Universiteti və İngiltərə-İsveç şirkəti olan AstraZeneca "omikron" ştammına qarşı preparat yaratmağa başlayıblar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Financial Times" qəzeti AstraZeneca-nın açıqlamasına əsasən bildirib.
"Oksford Universiteti ilə birlikdə ehtiyac olarsa "omikron" ştammına qarşı peyvəndin variantını istehsal etmək üçün ilkin addımlar atmağa qərar vermişik", - deyə nəşrdə qeyd edilib.
Oksfordun tədqiqat qrupunun rəhbəri Send Duqlas bildirib ki, adenovirus əsasında yaradılmış peyvəndlər prinsipcə istənilən yeni ştamma qarşı daha tez təsir etməsi üçün tətbiq oluna bilər.
Alimlərin fikrincə, lazım olduqda 100 gün ərzində peyvənd modifikasiyasını hazırlaya biləcəklər.
Xatırladaq ki, Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin rəhbəri Aleksandr Gintsburq "Sputnik V" ilə peyvənd və altı aydan sonra eynikomponentli "Sputnik Light" preparatı ilə təkrar peyvənd olunmaq "omikron" ştammına qarşı tam qorunmanı təmin edəcəyini vurğulayıb.
Bu yaxınlarda Ümüdünya Səhiyyə Təşkilatı (ÜST) koronovirusun "omikron" ştammının 106 ölkədə aşkar olunduğunu bildirib.
Eləcə də oxuyun: