HADİSƏ

Xaçmazda zəncirvari qəza: yaralılar var

Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyətləri orta-ağır qiymətləndirilir.
Sputnik
BAKI, 21 dekabr - Sputnik. Xaçmazda zəncirvari qəzada 4 maşın toqquşub. Hadisə axşam saatlarında şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, qəzada piyada da xəsarət alıb. "Audi" markalı nəqliyyat vasitəsi yolun kənarında dayanan digər avtomobillərlə toqquşub.
Hadisə nəticəsində Xaçmazın Yergüc kənd sakini, 46 yaşlı Bəxtiyar Koroğluyev və Padar kənd sakini, 65 yaşlı Şakir Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyətləri orta-ağır qiymətləndirilir. Faktla bağlı Xaçmaz rayon Polis idarəsində araşdırma aparılır.
Eləcə də oxuyun:
* Bakıda faciə: məktəbli uşaq avtomobilin qurbanı oldu
* Türkiyədə baş verən qəzada vətəndaşlarımız da həlak olub
* Bakıda polis serjantı həlak olub