BAKI, 20 dekabr - Sputnik. ABŞ-ın "Space X" şirkətinin qurucusu, milyarder İlon Mask işini tərk etməyi və məşhur bloger olmağı düşündüyünü bildirib.
"Mən işimi tərk etməyi və bloger olmağı düşünürəm. Siz bu barədə nə düşünürsünüz?", - deyə Mask Twitter hesabında qeyd edib.
Xatırladaq ki, İlon Mask bu günlərdə Kaliforniyanın Hillsboro şəhərindəki villasını satdıqdan sonra rəsmən evsiz qalıb.
Milyarder öz əmlakını 32 milyon dollara adı açıqlanmayan alıcıya satıb. 19 hektarlıq əraziyə malik olan bu villa əvvəllər ştatdakı digər mülklərini satdığı üçün onun "son evi" idi.
Bundan əvvəl Mask bütün daşınmaz əmlakdan qurtulacağına öz vermişdi.
Medianın məlumatına görə, "Guignécourt" kimi tanınan əsrlik malikanənin Maskdan əvvəl də parlaq bir tarixi var idi.
Bu malikanə 1912-ci ildə "qızıl hərisliyi" dövrünün böyük sərvətinin kaliforniyalı varisi ilə evlənən Fransa qrafı Kristian de Qin tərəfindən inşa edilib.
Həmçinin oxuyun: