“Xəstəxanaya məxsus bir neçə avtomobilin təmir üçün qarajda saxlanılması adi və normal haldır. Oradakı "ambulans"lar əsasən 2008-ci ildən üzü bəri təcili yardım xidmətinin istifadəsinə verilən maşınlardır. Köhnə olduğu məlumdur. Üstəlik onlar 44 günlük müharibə ərzində və pandemiya ilə əlaqədar ikiqat yük altında çalışmalı olublar. Maşınlar ayda təxminən 2 min kilometr məsafə qət edəcəyi halda 10-15 min kilometr yol sürülüb. Təbii ki, normadan artıq yüklənmə texnikanın istismar prosesinə təsirsiz ötüşmür. Oradakı "ambulans"lardan biri istismara yaramır. Amma digər 4-ü əsaslı təmir edilərək yaxın vaxtlarda xəttə buraxılacaq. Tam əminliklə bildirirəm ki, təcili yardım xidməti normal işini davam etdirir və insanların vaxtında yardımına yetişmək üçün hər hansı çətinlik yoxdur”.