RUSİYA

Kiselyov: Əgər Qərb "qırmızı xətləri" keçərsə, Rusiya güc tətbiq etməyə 100% hazırdır

Rossiya Seqodnya" BİA-nın baş direktoru bildirib ki, bu, Rusiya üçün ölüm-dirim məsələsidir.
Sputnik
BAKI, 20 dekabr — Sputnik. Qərb "qırmızı xətləri" keçərsə, Rusiya güc tətbiq etməyə 100% hazırdır. Bunu "Rossiya Seqodnya" BİA-nın baş direktoru və "Rossiya 1" kanalında "Vesti nedeli" proqramının aparıcısı Dmitri Kiselyov BBC televiziya və radio şirkətinə müsahibəsində bildirib.

"Yüz faiz. Çünki bu, Rusiya üçün ölüm-dirim məsələsidir", - deyə Kiselyov Rusiyanın həmin "qırmızı xətləri" qorumaq üçün güc tətbiq etməyə hazır olub-olmaması ilə bağlı sualın cavabında bildirib.

Qeyd edək ki, dekabrın 7-də Rusiya Federasiyasının prezidenti Vladimir Putin və ABŞ lideri Co Bayden qapalı rejimdə danışıqlar aparıblar. Nəticədə Ağ Ev bildirib ki, Bayden söhbətdə Ukrayna ətrafında yaranmış vəziyyətdən narahatlığını ifadə edərək, diplomatik yolla nizamlanmaya çağırıb. Putin amerikalı həmkarını Ukraynanın Minsk razılaşmalarına əməl etməməsi və sazişləri sabotaj etməsi barədə məlumatlandırıb, həmçinin qeyd edib ki, məhz NATO Ukrayna ərazisini zəbt etmək və Rusiya sərhədlərində hərbi potensialını artırmaq üçün təhlükəli cəhdlər edir. Putin ABŞ rəhbərinə deyib ki, "qırmızı xətlər" NATO-nun şərqə doğru daha da irəliləməsi və Ukraynaya hücum silahlarının yerləşdirilməsindən ibarətdir.
Dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ və NATO arasında təhlükəsizliyə zəmanətə dair müqavilə layihələrini yayımlayıb. Sənədlər artıq Vaşinqtona və onun müttəfiqlərinə təqdim olunub. Layihənin bəndlərindən birində təklif olunur ki, NATO alyansın Ukrayna ərazisinə qədər genişlənməməsinə təminat versin.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun RİA Novosti-yə verdiyi məlumata görə, NATO və ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti tələbinə cavab verməsələr, bu, qarşıdurmanın yeni mərhələsinə gətirib çıxara bilər.
Həmçinin oxuyun:
Kiselyov Qərbi Rusiyanı təhlükəli vəziyyətə gətirməməyə çağırıb
Kiselyovdan Sputnik Latviya ilə əməkdaşlıq edən jurnalistlərin saxlanılmasına münasibət