https://sputnik.az/20211220/kiselyov-qerbi-rf-i-ona-qeder-ucus-vaxtinin-4-deqiqe-oldugu-veziyyete-getirmemeye-cagirib-437423228.html
Kiselyov Qərbi Rusiyanı təhlükəli vəziyyətə gətirməməyə çağırıb
Kiselyov Qərbi Rusiyanı təhlükəli vəziyyətə gətirməməyə çağırıb
Sputnik Azərbaycan
Kiselyov: Rusiya Qərbə təhdid yaratmamağı təklif edir, əks halda hər şey radioaktiv külə çevrilə bilər. 20.12.2021, Sputnik Azərbaycan
2021-12-20T19:41+0400
2021-12-20T19:41+0400
2021-12-20T19:42+0400
rusiya
bbc
müsahibə
dmitri kiselyov
https://cdnn1.img.sputnik.az/img/40752/15/407521551_0:0:2915:1640_1920x0_80_0_0_e149efe84ea789041bf786c1355c08b6.jpg
BAKI, 20 dekabr - Sputnik. "Rossiya Seqodnya" BİA-nın baş direktoru və "Rossiya 1" kanalında "Həftənin xəbərləri" verilişinin aparıcısı Dmitri Kiselyov Qərbi Rusiyanı ona qədər uçuş vaxtının 4 dəqiqə olduğu bir vəziyyətə gətirməməyə çağırıb. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən xəbər verir.“Ölkələrin Rusiyanın yaxınlığında olmaqda bəzxti gətirib, yaxud da gətirməyib, lakin bu, tarixi reallıqdır, onlar heç yerə köçməyəcəklər... Biz Meksika haqqında da bunu deyə bilərik - ABŞ-ın yanında olmaqdan bəxtiyar və ya bəxtsizdir... Amma maraqlarımızı uyğunlaşdırmaq, Rusiyanı ona qədər uçuş vaxtının 4 dəqiqə olduğu hala salmamaq yaxşı olardı”, - Kiselyov BBC televiziya və radio şirkətinə müsahibəsində deyib.Onun sözlərinə görə, Rusiya Qərbə təhdid yaratmamağı təklif edir, əks halda hər şey radioaktiv külə çevrilə bilər.Dekabrın 7-də Rusiya Federasiyası və ABŞ liderləri Vladimir Putin və Co Bayden bağlı qapılar arxasında danışıqlar aparıblar. Nəticədə Ağ Ev bildirib ki, Bayden söhbətdə Ukrayna ətrafında yaranmış vəziyyətdən narahatlığını ifadə edib, məsələnin diplomatik yolla həllə çağırıb.Putin amerikalı həmkarını Ukraynanın Minsk razılaşmalarına əməl etməməsi və sazişləri sabotaj etməsi barədə məlumatlandırıb. O həmçinin qeyd edib ki, məhz NATO Ukrayna ərazisini zəbt etmək və Rusiya sərhədlərində hərbi potensialını artırmaq üçün təhlükəli cəhdlər edir. Putin ABŞ rəhbərinə deyib ki, NATO-nun daha da şərqə doğru irəliləməsi və Ukraynaya hücum silahlarının yerləşdirilməsi - “qırmızı xətlər”dir.Dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ və NATO arasında təhlükəsizlik təminatlarına dair saziş layihələrini dərc edib. Sənədlər artıq Vaşinqtona və onun müttəfiqlərinə verilib. Layihənin bəndlərindən birində təklif olunur ki, NATO alyansın Ukrayna ərazisinə qədər genişlənməməsinə təminat versin.Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun RİA Novosti-yə verdiyi məlumata görə, NATO və ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti tələbinə cavab verməsələr, bu, qarşıdurmanın yeni mərhələsinə gətirib çıxara bilər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2021
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40752/15/407521551_52:0:2783:2048_1920x0_80_0_0_878dae1fc3f2ed02972e8ac31c50ef98.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bbc, müsahibə, dmitri kiselyov
bbc, müsahibə, dmitri kiselyov
Kiselyov Qərbi Rusiyanı təhlükəli vəziyyətə gətirməməyə çağırıb
19:41 20.12.2021 (Yenilənib: 19:42 20.12.2021) Kiselyov: Rusiya Qərbə təhdid yaratmamağı təklif edir, əks halda hər şey radioaktiv külə çevrilə bilər.
BAKI, 20 dekabr - Sputnik. "Rossiya Seqodnya" BİA-nın baş direktoru və "Rossiya 1" kanalında "Həftənin xəbərləri" verilişinin aparıcısı Dmitri Kiselyov Qərbi Rusiyanı ona qədər uçuş vaxtının 4 dəqiqə olduğu bir vəziyyətə gətirməməyə çağırıb.
Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Ölkələrin Rusiyanın yaxınlığında olmaqda bəzxti gətirib, yaxud da gətirməyib, lakin bu, tarixi reallıqdır, onlar heç yerə köçməyəcəklər... Biz Meksika haqqında da bunu deyə bilərik - ABŞ-ın yanında olmaqdan bəxtiyar və ya bəxtsizdir... Amma maraqlarımızı uyğunlaşdırmaq, Rusiyanı ona qədər uçuş vaxtının 4 dəqiqə olduğu hala salmamaq yaxşı olardı”, - Kiselyov BBC televiziya və radio şirkətinə müsahibəsində deyib.
Onun sözlərinə görə, Rusiya Qərbə təhdid yaratmamağı təklif edir, əks halda hər şey radioaktiv külə çevrilə bilər.
Dekabrın 7-də Rusiya Federasiyası və ABŞ liderləri Vladimir Putin və Co Bayden bağlı qapılar arxasında danışıqlar aparıblar. Nəticədə Ağ Ev bildirib ki, Bayden söhbətdə Ukrayna ətrafında yaranmış vəziyyətdən narahatlığını ifadə edib, məsələnin diplomatik yolla həllə çağırıb.
Putin amerikalı həmkarını Ukraynanın Minsk razılaşmalarına əməl etməməsi və sazişləri sabotaj etməsi barədə məlumatlandırıb. O həmçinin qeyd edib ki, məhz NATO Ukrayna ərazisini zəbt etmək və Rusiya sərhədlərində hərbi potensialını artırmaq üçün təhlükəli cəhdlər edir. Putin ABŞ rəhbərinə deyib ki, NATO-nun daha da şərqə doğru irəliləməsi və Ukraynaya hücum silahlarının yerləşdirilməsi - “qırmızı xətlər”dir.
Dekabrın 17-də Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə ABŞ və NATO arasında təhlükəsizlik təminatlarına dair saziş layihələrini dərc edib. Sənədlər artıq Vaşinqtona və onun müttəfiqlərinə verilib. Layihənin bəndlərindən birində təklif olunur ki, NATO alyansın Ukrayna ərazisinə qədər genişlənməməsinə təminat versin.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun RİA Novosti-yə verdiyi məlumata görə, NATO və ABŞ Rusiyanın təhlükəsizlik zəmanəti tələbinə cavab verməsələr, bu, qarşıdurmanın yeni mərhələsinə gətirib çıxara bilər.