Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kiselyovdan Sputnik Latviya ilə əməkdaşlıq edən jurnalistlərin saxlanılmasına münasibət

© Sputnik / Vladimir Trefilov / Mediabanka keçidГенеральный директор МИА "Россия сегодня" Дмитрий Киселев выступает на третьем Международном форуме русскоязычных вещателей
Генеральный директор МИА Россия сегодня Дмитрий Киселев выступает на третьем Международном форуме русскоязычных вещателей - Sputnik Azərbaycan
Abunə olmaq
"Onlar müstəqil jurnalistlər, ştatdankənar müxbirlərdir. Sputnik xəbər agentliyində ştatda deyillər, sadəcə özünüifadə hüquqlarından istifadə edərək sayta mətnlər yazır və ya fotoşəkil göndərirlər. Burada pis nə var ki? Bu insanları nəyə görə təqib eləyirsiz?".

BAKI, 4 dekabr — Sputnik. "Rossia seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyov Latviya hakimiyyət orqanlarının Sputnik Latviya və Baltnews-la əməkdaşlıq edən jurnalistlərə qarşı hərəkətini "AB sanksiyalarının yersiz yozumu" kimi qiymətləndirib.

Qeyd edək ki, bir qədər bundan əvvəl Latviya hüquq-mühafizə orqanları Baltnews xəbər portalının keçmiş baş redaktoru Andrey Yakovlev də daxil olmaqla, altı nəfəri saxlayıb. Onlara qarşı Latviya Cinayət Məcəlləsinin 84-cü maddəsi ilə – Avropa Şurasının sanksiya rejimini pozma – ittiham irəli sürülüb. Dindirilmə prosesindən sonra jurnalistlər heç yerə getməmələri ilə bağlı yazılı iltizam verərək buraxılıblar.

Rusiya Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bu gün yaydığı məlumatda bildirilirdi: "Latviya Dövlət Təhlükəsizlik Xidmətinin dekabrın 3-də Riqadakı "Sputnik" bürosunun əməkdaşlarına və rusdilli jurnalistlərə qarşı həyata keçirdiyi aqressiv hərəkətləri demokratik cəmiyyətin təməl prinsiplərinin – media və ifadə azadlıqlarının pozulmasının bariz nümunəsi kimi qiymətləndiririk".

Журналисты за работой - Sputnik Azərbaycan
"Sputnik Latviya"ya qarşı təzyiqi Azərbaycanın media ekspertləri də kəskin pislədilər

Nazirliyin məlumatında o da qeyd olunurdu ki, Sputnik Latviya kollektivinin AŞ sanksiya rejimini pozmaqda ittiham olunması qətiyyən yolverilməzdir: "Bu məhdudiyyətlər şəxsi xarakter daşıyır və şəxsən "Rossia Seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyovla əlaqəlidir, media holdinqin bütün əməkdaşlarına şamil edilə bilməz".

Kiselyov da jurnalistlərin bu maddə ilə saxlanılmasının doğru olmadığını vurğulayıb: "AŞ sanksiyaları şəxsən mənə aiddir. Sputnik xəbər agentliyinin daxil olduğu "Rossia Seqodnya" media qruğuna tətbiq oluna bilməz. Məsələ bu qədər bəsitdir. Latviya, necə deyərlər Roma papasından daha çox xristian olmağa can ataraq, fərdi sanksiyaları təşkilata qarşı tətbiq edir. Burada məkrli niyyət var", – deyə baş direktor bilidirib.

"Onlar müstəqil jurnalistlər, ştatdankənar müxbirlərdir. Sputnik xəbər agentliyində ştatda deyillər, sadəcə özünüifadə hüquqlarından istifadə edərək sayta mətnlər yazır və ya fotoşəkil göndərirlər. Burada pis nə var ki? Bu insanları nəyə görə təqib eləyirsiz? Rusiyada belə hərəkətlər vəhşilik kimi qiymətləndirilir. Burada belə şey yoxdur. Kim nə istəyir, necə istəyir, yazır. Buna görə insanları təqib etmək heç kimin ağlına da gəlmir. Əl çəkin onlardan! Utanın! Bütün bunlar çox axmaq təsir bağışlayır" , – deyə Kiselyov bildirib.

Qeyd edək ki, keçən il Estoniyada da analoji hadisə müşahidə olunmuşdu.

Xəbər lenti
0