BAKI, 20 dekabr — Sputnik. Gələn il keçirilməsi planlaşdırlan Davos İqtisadi Forumu təxirə salınıb. Sputnik Azərbaycan-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, tədbir koronavirusa yoluxmaların artması nəticəsində səhiyyə ilə bağlı yaranan narahatlıqlar səbəbindən təxirə salınıb. Koronavirusun "Omikron" ştammı ilə bağlı qeyri-müəyyən vəziyyətin davam etməsi səbəbindən bu qərarın qəbul edildiyi bildirilib.
Qeyd edək ki, illik toplantı 17-21 yanvar 2022-ci il tarixində İsveçrənin Davos-Klosters şəhərində keçirilməli idi.
Lakin pandemiya ilə əlaqədar Forumun keçirilməsi yayın əvvələrinə qədər təxirə salınıb.
Məlumatda qeyd olunub ki, iştirakçılar planetin ən aktual problemlərinin həlli yollarının müzakirə etmək üçün qlobal liderləri onlayn bir araya gətirən "Dünyanın durumu" sessiyalarına qoşulacaqlar.
Xatırladaq ki, 2021-ci ildə Davosda keçiriləcək Dünya İqtisadi Forumu (DİF) yanvarın sonundan yayın əvvəllərinə təxirə salınmışdı.
DİF-in idarəedici direktoru Edrian Monk 2021-ci ildə Davosda keçiriləcək illik iclasını gələn yayın əvvəlinə təxirə salmaq barədə qərar qəbul edildiyini açıqlamışdı.
Onun sözlərinə görə, bu qərarı qəbul etmək asan olmayıb, lakin ekspertlər hesab edirlər ki, 2021-ci ilin yanvarında Forumu təhlükəsiz şəraitdə keçirmək mümkün olmayacaq.
DİF-in yeni illik görüşünün keçirilmə tarixləri sonradan elan ediləcək.
Həmçinin oxuyun:
Azərbaycana 110 milyon sərmayə yatırmışıq - Səfir gələn ilə də ümidlidir
Mehriban Əliyeva: "Peşəkar insan ehtiyatı hər bir ölkənin sərvəti hesab olunur"