CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Eyni vaxtda yoluxdura bilən ştammlar - Delta və Omikron

İnsanın eyni vaxtda koronovirusun iki növ ştammına yoluxma ehtimalı var, ancaq bu, olduqca nadir hadisələrdir. Virusun müxtəlif mutasiyaları insanın müəyyən orqanlarına fərqli yollarla zərər verir.
Sputnik
BAKI, 18 dekabr — Sputnik. Koronavirusun iki ştammı ilə eyni vaxtda yoluxma ehtimalı mövcuddur, ancaq bu, olduqca nadir halda baş verir.
Bu barədə Rospotrebnadzorun "Vektor" Yekaterinburq Virus İnfeksiyalar Elmi-Tədqiqat İnstitutunun rəhbəri, biologiya elmləri doktoru Aleksandr Semyonov RİA Novosti-yə bildirib.
Bu yaxınlarda ABŞ-ın "Moderna" əczaçılıq şirkətinin baş tibb mütəxəssisi Pol Berton bildirib ki, eyni anda koronavirusun "omikron" və "delta" ştammına yoluxma ehtimalı var ki, bu da növbəti mutasiyalara səbəb ola bilər.
"İnsanın eyni vaxtda koronovirusun iki növ ştammına yoluxma ehtimalı, əlbəttə ki, mövcuddur, ancaq bu olduqca nadir hadisələrdir. Virusun müxtəlif mutasiyaları insanın müəyyən orqanlarına fərqli yollarla zərər verir", - deyə Semyonov vurğulayıb.
Ən son ştamm Omikron necə əmələ gəlib
Bu günlərdə Ümumdünya Səhiyyə Təşkilatı bəyan etmişdi ki, bu cür davam edərsə, yunan əlifbasında koronavirusun yeni ştammlarını adlandırmaq üçün hərf qalmayacaq. Eyni zamanda qurum yunan əlifbasının 15-ci hərfi ilə adlandırılan yeni “Omikron” ştammının təxminən necə yarandığını açıqlayıb.
ÜST-ün Təxirəsalınmaz Təcili Xəstəliklər Bölməsinin texniki qrupunun rəhbəri Mariya Van Kerkhove bildirib ki, bu ştammın haradan gəldiyi məlum deyil, amma nəzərdən keçirilən fərziyyələrdən birinə görə, koronavirusdan tam sağalmayan, immuniteti zəifləmiş xəstənin bədənində xeyli müddət ərzində bölünərək çoxlıb. Beləcə yeni variant ortaya çıxıb.
ÜST nümayəndəsi, həmçinin ərazisində yeni ştamın ortaya çıxması ilə əlaqədar məlumat verən ölkələri “ləkələməməyə” və buna balanslı şəkildə reaksiya verməyə çağırıb.
"Risklərə balanslaşdırılmış yanaşma lazımdır. Unutmamalıyıq ki, “Delta” ştammı yoxa çıxmayıb və bütün dünyada insanların ölümünə səbəb olur. Nə qədər insanın “Delta”ya yoluxduğunu da unutmaq olmaz", - deyə ÜST-ün nümayəndəsi xatırladıb.
Qeyd edək ki, ÜST ötən cümə günü keçirdiyi fövqəladə iclasdan sonra, Botsvana və Cənubi Afrika respublikalarında koronavirusun yeni variantını narahatlıq doğuran ştamm kimi təsnif etmək qərarına gəlib və B.1.1.529 ştammı yunan əlifbasının 15-ci hərfi ilə “Omikron” adlandırılıb.
Həmçinin oxuyun:
Yaponiyada COVID-19-dan ölüm səviyyəsi niyə aşağıdır?
ÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma zəifdir
COVID-dən sonra bu dərmanlar insulta səbəb bilər
Vaksin olunmuşlardan yoluxma ehtimalı
Qamaleya Mərkəzində "Omikron-ştammın" "yüngüllüyü" ilə bağlı bəyanatları tənqid ediblər