CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid ailələri daha hansı güzəştdən yararlanacaq

Qanunla edilmiş dəyişikliyə əsasən şəhidin ailə üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada verilən təminatlar sırasına sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı onlara üstünlük verilməsi də əlavə edilib.
Sputnik
BAKI, 17 dekabr - Sputnik. Sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı şəhidin ailə üzvlərinə üstünlük veriləcək. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” na dəyişiklik edilib.
Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, qərar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2021-ci il 30 sentyabr tarixli 381-VIQD nömrəli Qanununa uyğunlaşdırmanı təmin etmək məqsədilə hazırlanıb.
Həmin Qanunla edilmiş dəyişikliyə əsasən şəhidin ailə üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada verilən təminatlar sırasına sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük verilməsi də əlavə edilib.
Bununla əlaqədar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsinə zərurət yaranıb.
Həmçinin oxuyun:
Onlar şəhidlərini belə yaşadırlar
Məcburi köçkünlərin boş qalan mənzillərini nazirlik satacaq - Bəs pulu?