RUSİYA

Rusiyada COVID-in müalicəsi üçün 14 preparat qeydiyyata alınıb

Nazir müavini bildirib ki, Rusiya alimləri hazırda COVID-19-a qarşı yeddi peyvənd hazırlayıb qeydiyyatdan keçiriblər.
Sputnik
BAKI, 15 dekabr — Sputnik. Rusiyada COVID-19-un müalicəsi üçün 14 dərman preparatı qeydiyyata alınıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Tatyana Semenova bildirib.

"Peyvənddən başqa, noyabr ayının sonunda koronavirusun müalicəsi üçün 14 dərman preparatı qeydiyyata alınıb", - deyə Rusiya Elmi Akademiyası üzvlərinin açıq iclasında Semenova vurğulayıb.

Bundan əlavə, onun sözlərinə görə, koronavirusun diaqnostikası üçün 94 sistem qeydə alınıb ki, bu da bütün qeydiyyatdan keçmiş sistemlərin 40%-ni təşkil edir.
Nazir müavini əlavə edib ki, Rusiya alimləri hazırda COVID-19-a qarşı yeddi peyvənd hazırlayıb qeydiyyatdan keçiriblər.
Son günlər ərzində Rusiyada 85 regionda təsdiqlənmiş yoluxma halları 28,343, o cümlədən klinik təzahürlər olmadan 1864 (6,6%) aktiv şəkildə aşkar edilib.
RUSİYA
Rusiyada 6 yaşdan böyük uşaqlar üçün vaksinin tədqiqinə başlanıb
Ümumdünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, dünyada təxminən 268 milyon virusa yoluxan xəstə var, onlardan 5,3 milyonunu xilas etmək mümkün olmayıb. Ən çətin vəziyyət ABŞ, Hindistan, Braziliya və İngiltərədədir. Rusiya bu siyahıda beşinci yerdədir.
Həmçinin oxuyun:
Vaksin olunmuşlardan yoluxma ehtimalı
Qamaleya Mərkəzində "Omikron-ştammın" "yüngüllüyü" ilə bağlı bəyanatları tənqid ediblər
Koronavirusun yeni ştammı “Omikron” necə əmələ gəlib: ÜST açıqladı
Koronavirusun "Omikron" ştammı nə qədər təhlükəlidir? İnfeksionist izah edir
Bioloq koronavirus ştammlarını tarakanlarla müqayisə etdi
Baş infeksionist: Canlı peyvəndlə bağlı araşdırma yekunlaşmayıb