BAKI, 14 dekabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Çin sədri Si Cin Pin beynəlxalq gündəliyi, həmçinin energetika sahəsini müzakirə edəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Beynəlxalq işlərdə vəziyyət, xüsusi ilə Avropa qitəsində vəziyyət olduqca və olduqca gərgindir və təbii ki, tərəfdaşlar, Moskva və Pekin arasında müzakirə tələb edir. Biz həm NATO tərəfindən, həm də ABŞ tərəfindən aqressiv ritorikanı görürük", - deyə Peskov jurnalistlərə açıqlamasında bildirib.
O əlavə edib ki, ənənəvi olaraq regional problemlərə dair fikir mübadiləsi aparılacaq.
Peskov qeyd edib ki, yüksək texnologiyalar, birgə investisiya və ticarət sahəsində əməkdaşlıq da daxil olmaqla, danışıqlarda ikitərəfli münasibətlər xüsusi yer tutacaq.
Qeyd edək ki, Rusiya və Çin liderlərinin danışıqları videokonfrans formatında baş tutacaq.
Həmçinin oxuyun:
"Pekin-2022" Qış Olimpiya Oyunları: Çinə çarter və müvəqqəti reyslərlə gədəcəklər
Mərkəzi Kəşfiyyat İdarəsi taktikasını dəyişir: Rusiya və Çini başqa cür izləyəcək