BAKI, 13 dekabr — Sputnik. İnsanlara zərərli təsir göstərən bir sıra obyektlər istisna olmaqla, yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində ictimai təyinatlı obyektlərin yerləşdirilməsinə yol veriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi "Yaşayış binaları. Layihələndirmə normaları"nda öz əksini tapıb.
Yeni normalara əsasən, insanlara zərərli təsir göstərən aşağıdakı obyektlər istisna olmaqla, yaşayış binasının zirzəmi, kürsülük, birinci və ikinci mərtəbələrində ictimai təyinatlı obyektlərin yerləşdirilməsinə yol verilir:
- istismarı zamanı yaşayış ərazisini və ətraf mühiti çirkləndirə bilən kimyəvi və digər məmulatların ixtisaslaşdırılmış satış mağazaları;
- partlayış və yanğın təhlükəli maddə və materiallar satılan mağazalar;
- sintetik xalça məmulatlarının, avtomobil şinlərinın satışı mağazaları;
- ixtisaslaşmış balıq mağazaları;
- müxtəlif təyinatlı anbarlar, o cümlədən topdansatış anbarları;
- saat 23:00-dan sonra iş rejimi olan bütün müəssisələr və mağazalar.
Eləcə də oxuyun:
* Qazancın yarısı kirayəyə, yarısı mədəyə - İpotekaya pul qalmadı
* Qəzalı binaların sökülməsində qarşıdurma - Sakinləri tam köçürməmiş binanı dağıdırlar