SƏHİYYƏ

Üç dəfəyə qocalırıq

Bundan əvvəlki başqa bir tədqiqat isə yeməyi azaltmağın orqanizmi xəstəlik və yaşlanmadan qoruduğunu aşkarlamışdı.
Sputnik
BAKI, 13 dekabr - Sputnik. Stenford Universitetinin alimləri aşkarlayıblar ki, insan üç mərhələdə qocalır.
Araşdırmanın nəticələri Nature Medicine elmi jurnalında dərc olunub.
18-95 yaş arasında olan 4263 nəfərin qan analizlərini tədqiq edən mütəxəssislər belə qənaətə gəliblər ki, insan orqanizmində yaşla əlaqəli dəyişiklikləri üç mərhələyə bölmək olar. Bunlardan birincisi 34 yaşda bitir. Sonrakı əhəmiyyətli dəyişikliklər 60 yaşa çatdıqda olur, sonuncular isə 78 yaşda başlayır.
Alimlər deyirlər ki, bu yaşlarda qan plazmasında aşkar, xətti olmayan pisləşmə müşahidə olunur.
Bundan əvvəlki başqa bir tədqiqat isə yeməyi azaltmağın orqanizmi xəstəlik və yaşlanmadan qoruduğunu aşkarlamışdı. Amerikalı Mitçell Li ketagen, aşağı zülallı, dövri (müntəzəm) aclıq, vaxt məhdudiyyətli qida qəbulu kimi pəhrizləri müqayisə etmiş və belə qənaətə gəlmişdi ki, dövri aclıq əla nəticələrə səbəb olur.
Eləcə də oxuyun:
* İki yüz yaşamaq arzusunda olan şəxsdən çox yaşamağın sirləri
* Mütəmadi tütün tüstüsü udan uşaqlar daha tez qocalırlar
* İnsanlar 150 yaşına qədər yaşaya bilər