BAKI, 13 dekabr — Sputnik. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2021-ci ilin dekabrın 10-a olan vəziyyətlə bağlı həyata keçirilən yol layihələri və görülən işlər açıqlanıb.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Sputnik Azərbaycan-a məlumat verilib.
Əhmədbəyli – Füzuli – Şuşa avtomobil yolu
- texniki göstəriciləri: 81,6 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülmüş işlər: 0-17, 26-44, 51-52, 58-64, 71-72, 75-80-ci kilometr hissələrində torpaq yatağının tikintisi, 1, 27,34, 37, 50, 62, 79-cu kilometrdə körpülərin, 80-ci kilometrdə tunellərin və 60-cı kilometrdə alt keçidlərin tikintisi aparılır.
Toğanalı – Kəlbəcər – İstisu avtomobil yolu
- texniki göstəriciləri: yol – 80,7 kilometr, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11,6 kilometr.
- görülmüş işlər: yolun 12-13-cü kilometr hissəsində torpaq yatağının qazılması, 12,8 və 13,3-cü kilometr hissələrdə suötürücü boruların inşası və mövcud kanalların köçürülməsi işləri davam edir. Murovdağ tunelinin giriş və çıxış hissəsində ümumilikdə 750 metr üst yarı qazma işləri aparılıb. Yolların qış baxımı ilə əlaqədar layihə boyunca qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi təmin edilir.
Kəlbəcər - Laçın avtomobil yolu
- texniki göstəriciləri: yol – 72,3 kilometr, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 9,8 kilometr
- görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri 40 faiz icra olunub. Mobilizasiya işləri davam etdirilir.
Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi
- texniki göstəriciləri: 30 kilometr, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülmüş işlər: yolların torpaq yatağının və yol geyimi tikintisi işləri aparılır, boruların tikintisi 95 faiz icra olunub, yol nişanları 85 faiz quraşdırılıb.
Horadiz – Cəbrayıl – Zəngilan – Ağbənd avtomobil yolu
- texniki göstəriciləri: 123,8 kilometr, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.
- görülmüş işlər: 0-23 və 42-76-cı kilometr hissələrdə torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 25 faiz, boru və keçidlərin tikintisi 29 faiz, körpülərin tikintisi 25 faiz icra olunub.
Xudafərin – Qubadlı - Laçın avtomobil yolu
- texniki göstəriciləri: 70,4 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülmüş işlər: Qubadlı - Laçın istiqamətində 0-37 kilometr, Xanlıq istiqamətində 0-1 və 5-14 kilometr hissələrdə torpaq yatağı tikilib, 1, 11, 23, 33 və 39-cu kilometrdə körpü tikintisi işləri aparılır. Torpaq işləri 37 faiz, yol geyimi – 4 faiz, boru və keçidlərin tikintisi 37 faiz, körpülərin tikintisi 29 faiz icra olunub.
Qubadlı - Eyvazlı avtomobil yolu
- texniki göstəriciləri: 26 kilometr, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülmüş işlər: Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Ümumi yolun 8-ci kilometrində torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.
Şükürbəyli - Cəbrayıl - Hadrut avtomobil yolu
- texniki göstəriciləri: 43 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
görülmüş işlər: Torpaq işləri 53 faiz, yol geyimi 10 faiz, boru və keçidlərin tikintisi 55 faiz, körpülərin tikintisi 51 faiz icra olunub.
Füzuli - Hadrut avtomobil yolu
- texniki göstəriciləri: 13 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
görülmüş işlər: Yolun torpaq yatağının tikintisi işləri aparılır. İlk 8 kilometr hissədə torpaq işləri və yol yatağının tikintisi 50 faiz icra olunub.
Bərdə – Ağdam avtomobil yolu
- texniki göstəriciləri: 45 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı.
- görülmüş işlər: Torpaq işləri 45,9 faiz, yol geyimi 9,8 faiz, boru və keçidlərin tikintisi işləri 33,5 faiz, körpülərin tikintisi 84,9 faiz icra olunub.
Talış – Tapqaraqoyunlu – Qaşaltı – Naftalan avtomobil yolu
- texniki göstəriciləri: 22 kilometr, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
- görülmüş işlər: Yolun ilk 1,8 kilometrlik hissəsində asfalt-beton örtüyün alt qatı tikilib, 1,8-6 kilometr və 12-22 kilometr hissələrində boruların quraşdırılması və əsasın tikintisi işləri aparılır.
Həmçinin oxuyun:
* Ermənistan rəsmən açıqladı: Azərbaycana Naxçıvana getmək üçün yol verilir