CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Binalarda səs-küyün qarşısını almaq üçün yeni tələblər

Normalara əsasən, mənzillərarası divar və arakəsmələrin hava səs-küyündən izolyasiya indeksi 50 dB-dan aşağı olmamalıdır
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Yaşayış binalarında mənzillərarası səs-küyün qarşısını almaq üçün yeni tələblər müəyyənləşib.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının qərarı ilə təsdiqlənən "Yaşayış binaları. Layihələndirmə normaları"nda əksini tapıb.
Normalara əsasən, mənzillərarası divar və arakəsmələrin hava səs-küyündən izolyasiya indeksi 50 dB-dan aşağı olmamalıdır.
Yaşayış otaqlarının daxili və xarici qoruyucu konstruksiyalarının səs izolyasiyası xarici səs-küy mənbələrinin səs təzyiqinin, həmçinin zərbə səs təzyiqinin və mühəndis sistemi avadanlıqlarının, havaötürücü boruların səs təzyiqinin azaldılmasını təmin etməlidir.
Yüksək nəqliyyat səs-küyü olan ərazidə yaşayış binaları yerləşdirilərkən səs-küyün azaldılması səs əleyhinə xüsusi tədbirlər yolu ilə, o cümlədən təsirli səsdənqoruyucu xüsusiyyətləri olan xarici divar və digər qoruyucu konstruksiyalarından və pəncərə aralığı doldurucularından istifadə etməklə həyata keçirilə bilər.
Mühəndis avadanlığından və digər binadaxili mənbələrdən yaranan səs-küy təyin edilmiş yolverilən səviyyəni və binadaxili səs mənbələri işləmədikdə isə fon göstəricilərini 2 dB-ni aşmamalıdır.
Yolverilən səs-küy səviyyəsinin təmin olunması üçün sanitar cihazlarının və boru kəmərlərinin birbaşa mənzillərarası divarlara və həmçinin, yaşayış otaqlarını ayıran divar və arakəsmələrə birləşdirilməsinə yol verilmir.
Həmçinin oxuyun:
Yaşayış binalarının alt mərtəbələrində bəzi obyektlərin yerləşməsinə icazə verilməyəcək
Bəzi binaların 5 mərtəbədən hündür tikilməsi qadağan olunub
Qazancın yarısı kirayəyə, yarısı mədəyə - İpotekaya pul qalmadı
Qəzalı binaların sökülməsində qarşıdurma - Sakinləri tam köçürməmiş binanı dağıdırlar