NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycanda gündəlik neft hasilatı neçə barel olub?

OPEC+ ölkələri nazirlərinin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barel artırılaraq 647 min barelə çatdırılması nəzərdə tutulurdu
Sputnik
BAKI, 13 dekabr — Sputnik. Cari ilin noyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 708,4 min barel olub. Bunun 588,9 min barelini xam neft, 119,5 min barelini isə kondensat təşkil edib. Bu barədə Energetika Nazirliyindən Sputnik Azərbaycan-a məlumat verilib.
Qeyd edək ki, OPEC+ ölkələri nazirlərinin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barel artırılaraq 647 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 71 min barel həcmində olması nəzərdə tutulurdu.
NEFT-QAZ
Bakı-Tbilisi-Ceyhan ilə 500 milyon ton neft ixrac edilib
Nazirlərin 22-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi dekabrda gündəlik 64 min barel təşkil edir. Bu isə ölkəmizdə xam neftin ötən ayla müqayisədə dekabrda gündəlik olaraq 7 min barel çox, yəni 654 min barel istehsalına imkan yaradır.
Həmçinin oxuyun:
Beş gün sonra onlarda "buz dövrü" başlayır - "Azəriqaz" xəbərdarlıq etdi
Bakıda 4 min manata görə şagirdlər soyuqdan donurlar
Doğru yolla gedərkən: Azərbaycan neftinin bahalaşma səbəbi bəlli oldu