BAKI, 13 dekabr — Sputnik. Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanlar arasında 30-39 yaşlılar üstünlük təşkil edir.
Sputnik Azərbaycan "koronavirus.info"ya istinadən xəbər verir ki, COVID-19-a yoluxanların 22 faizi 30-39 yaşlı vətəndaşlardır.
Məlumata əsasən, infeksiya ilə yoluxmaların 3 faizi 0-9 yaş, 8 faizi 10-19 yaş, 15 faizi 20-29 yaş, 22 faizi 30-39 yaş, 15 faizi 40-49 yaş, 16 faizi 50-59 yaş, 14 faizi 60-69 yaş, 5 faizi 70-79 yaş aralığında, 2 faizi isə yaşı 80-dən yuxarı olanlardır.
Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 604 min 998 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 577 min 135 nəfər müalicə olunaraq sağalıb, 8 min 104 nəfər vəfat edib. Aktiv xəstə sayı 19 min 759 nəfərdir.
Həmçinin oxuyun: