BAKI, 13 dekabr — Sputnik. Yaşayış binalarının damında verilişlərin kollektiv qəbulu üçün televiziya anteni və radio verilişi şəbəkə dirəyinin quraşdırılması nəzərdə tutulmalıdır. Radiorele dirəklərinin və qüllələrinin quraşdırılması qadağandır.
Sputnik Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadla xəbər verir ki, bu barədə komitənin kollegiyası tərəfindən təsdiqlənən "Yaşayış binaları. Layihələndirmə normaları" ilə bağlı məlumatda bildirilib.
Yaşayış binasında liftlər isə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun layihələndirilməlidir.
Normalara əsasən, liftin qarşısındakı meydançanın eni və liftin ölçüləri təcili yardım xərəyində daşınan xəstəni liftə keçirməyə imkan verməli və aşağıdakı göstəricilərdən az olmamalıdır:
yükgötürmə qabiliyyəti 1000 kiloqrama qədər, kabinəsinin eni 2100 millimetr olan liftin qarşısında -1,6 metrdən;
yükgötürmə qabiliyyəti 1000 kiloqrama qədər, kabinəsinin dərinliyi 2100 millimetr olan liftin qarşısında- 2,1 metrdən az olmamalıdır.
Həmçinin oxuyun:
Qazancın yarısı kirayəyə, yarısı mədəyə - İpotekaya pul qalmadı
Qəzalı binaların sökülməsində qarşıdurma - Sakinləri tam köçürməmiş binanı dağıdırlar