DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"WikiLeaks"in qurucusu həbsxanada insult keçirib

Nişanlısı bildirir ki, Assanjın yaddaşında problem yaranıb.
Sputnik
BAKI, 12 dekabr — Sputnik. "WikiLeaks"in qurucusu Culian Assanj Britaniya həbsxanasında insult keçirib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə onun nişanlısı Stella Morris məlumat yayıb.
Onun sözlərinə görə, insult oktyabrın 27-də Assanjın London Ali Məhkəməsində videobağlantı vasitəsilə çıxışı zamanı ABŞ-da davam edən məhkəmə çəkişmələrinin stressi və sağlamlığın pisləşməsinə görə baş verib: "Onun sağ gözünün qapağı sallanıb, yaddaşında problem var və nevroloji zədələnmə müşahidə edilir. Assanjın beyni MRT-dən keçirilib və indi insult üçün dərman qəbul edir".
Məlumata görə, Böyük Britaniya Ədliyyə Nazirliyi şərh verməkdən imtina edib.
2010-cu ildə İsveçdə cinsi təcavüz və zorlamada günahlandırılan Assanj ekstradisiya olunacağından qorxaraq 2012-ci ilin iyunundan bəri Ekvadorun Londondakı səfirliyində gizlənib.
Amma 2019-cu il aprelin 11-də o, ABŞ-ın istəyi ilə saxlanılıb. Ekstradisiya ilə bağlı dinləmələr 2019-cu il mayın 2-dən başlayıb. Bundan qısa müddət sonra ABŞ hökuməti Assanja qarşı casusluq və gizli məlumatların açıqlanması qanunlarının pozulmasının 17 epizodu üzrə yeni ittihamlar irəli sürdüklərini elan ediblər. ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə Assanj 175 ilə qədər həbs cəzası ilə üzləşə bilər.
Eləcə də oxuyun:
* "WikiLeaks”in qurucusunu necə öldürməli? MKİ-nin qorxunc planının üstü açıldı
* Culian Assanj altı ay sonra məhkəmədə göründü
* ABŞ prezidenti "WikiLeaks"in qurucusunu bağışlayacaq - bir şərtlə