SƏHİYYƏ

ÜST-dən "omikron" haqda yeni məlumatlar: "delta"dan sürətli, amma zəifdir

Aşkarlanan halların çoxunda xəstəlik simptomsuz keçib, yaxud da xəstələr ağırlaşmayıblar.
Sputnik
BAKI, 12 dekabr - Sputnik. Koronavirusun yeni ştammı - "omikron" vaksinlər qarşısında nisbətən dayanıqlı olsa da, təhlükəsi "delta" qədər deyil.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının virusun yeni variantı haqda texniki məlumatında deyilir.
"Hazırda məlumatlar məhduddur və vaksinlərin "omikron"a qarşı effektiv olduğunu təsddiqləyən sübutlar yoxdur. İlkin məlumatlar və "omikron" ştammının zülalının kifayət qədər dəyişmiş antigen profili bunu ehtimal etməyə əsas verir ki, vaksinlərin infeksiyaya qarşı effektivliyi azalıb", - bəyanatda bildirilir.
ÜST-dən vurğulayıblar ki, bununla yanaşı, ilkin məlumatlar yeni ştammın təhlükəsinin daha az olduğunu göstərir, çünki aşkarlanan halların çoxunda xəstəlik simptomsuz keçib, yaxud da xəstələr ağırlaşmayıblar.
SƏHİYYƏ
İngiltərədə omikron xəbərdarlığı: 75 minə yaxın insan ölə bilər
Ancaq bu gün omikronu artıq 63 ölkədə aşkarlayıblar. Yayılma sürətinə görə o, "delta"nı keçə bilər, ancaq bunun nə ilə əlaqədar olduğu aydın deyil.
Qeyd edək ki, ÜST noyabrın 20-dən sonra Cənubi Afrika Respublikasında aşkar edilmiş koronavirusun yeni ştammına yunan əlifbasının 15-ci hərfinə uyğun olaraq "Omikron" adı verib. B.1.1.529 variantı ilkin olaraq CAR, Botsvana, İsrail, Honqkonq və Belçikada tapılıb.
Bir sıra ölkələr Afrikanın səkkiz ölkəsi, o cümlədən CAR-la aviasiya əlaqəsini məhdudlaşdırıb.
Gebreyesusun fövqəladə hallara hazırlıq üzrə müavini Juad Macur isə uçuşlara qadağa qoyulmasının virusun yeni ştammının yayılmasına əngəl olmayacağını deyib.
Azərbaycan Nazirlər Kabinetindən Sputnik Azərbaycan-a bildiriblər ki, yeni ştammla əlaqədar hələ ki, ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş qaydalarına dəyişiklik edilməyib.
Eləcə də oxuyun:
* COVID-dən sonra bu dərmanlar insulta səbəb bilər
* Vaksin olunmuşlardan yoluxma ehtimalı
* Qamaleya Mərkəzində "Omikron-ştammın" "yüngüllüyü" ilə bağlı bəyanatları tənqid ediblər
* Koronavirusun yeni ştammı “Omikron” necə əmələ gəlib: ÜST açıqladı
* Koronavirusun "Omikron" ştammı nə qədər təhlükəlidir? İnfeksionist izah edir
* Bioloq koronavirus ştammlarını tarakanlarla müqayisə etdi
* Baş infeksionist: Canlı peyvəndlə bağlı araşdırma yekunlaşmayıb