İQTİSADİYYAT

Naxçıvan və Xankəndiyə dəmiryolu nə zaman çəkiləcək?

C.Qurbanov bildirib ki, Naxçıvana çəkiləcək yolla bağlı danışıqlar aparılır.
Sputnik
BAKI, 12 dekabr - Sputnik. “Horadiz-Ağbənd dəmir yolunun 2023-cü ilin birinci rübündə istifadəyə verilməsi gözlənilir”.
Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, bunu Azərbaycan Dəmir Yollarının sədri Cavid Qurbanov deyib. O bildirib ki, işləri 2022-ci ilin sonuna kimi yekunlaşdırmağa çalışacaqlar.
"40 kilometr torpaq yatağı hazırdır. Yaxın vaxtlarda yolun üst qatını düzməyə başlayacağıq. Tunel və körpü işləri gedir. Yol 11 kilometr uzanıb. Minaların təmizlənməsi işləri də gedir. Bu ilin sonuna qədər, yəqin ki, 50 kilometrdə işlər yekunlaşacaq".
C.Qurbanov həmçinin bildirib ki, Ağdama və sonra da Xankəndi istiqamətində dəmiryol xəttinin çəkilməsi planlaşdırılır. Sədrin sözlərinə görə, Şuşa istiqamətində də layihələndirmə işləri gedir: "Amma tikinti işlərinə nə zaman başlanılacağını deyə bilmərəm. Nə zaman qərar verilsə, ondan sonra işlərə başlanılacaq".
Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirəcək dəmir yolunun Naxçıvan hissəsində hələlik layihələndirmə işləri gedir. C.Qurbanov bildirib ki, əsas məsələ bu dəmir yolunun Ermənistan ərazisindən keçən hissəsidir və bununla bağlı danışıqlar aparılır:
"Bildiyiniz kimi, Ermənistan Dəmir Yolları 2038-ci ilə qədər Rusiyanın icarəsindədir. Hesab edirəm ki, bu daha da uzanacaq. Kommunikasiyaların açılmasına razılıq verildikdən sonra işlərə başlamaq olar".
Eləcə də oxuyun:
* Zəngəzur dəhlizi üçün tunellər tikilir
* Ermənistan rəsmən açıqladı: Azərbaycana Naxçıvana getmək üçün yol verilir