İDMAN

Formula-1-də "Mersedes"in hegemonluğuna zərbə: Bakıda qəzaya uğrayan pilot qalib oldu

2013-cü ildən sonra ilk dəfə “Red Bull” təmsilçisi qalib olub.
Sputnik
BAKI, 12 dekabr - Sputnik. “Formula-1”də 2021-ci il mövsümünün çempionu bəlli olub.
Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, titula Maks Ferstappen yiyələnib.
“Red Bull”un niderlandlı pilotu karyerasında ilk dəfə “Formula-1”in çempionu adını qazanıb. 24 yaşlı idmançı Əbu-Dabi Qran-Prisindəki qələbə ilə 1-ci yeri təmin edib. 2-ci olan Lüis Hamilton çempionluq şansını itirib.
Bununla da Maks “Mersedes” pilotlarının hegemonluğuna son qoyub. 2013-cü ildən sonra ilk dəfə “Red Bull” təmsilçisi qalib olub.
Qeyd edək ki, mühəndislər kubokunda “Mersedes” qalib olub.
Maks Ferstappen Bakı tamaşaçısına tanışdır. İyunun əvvəlində "Formula-1"in Azərbaycan Qran Prisinin əsas yarışında finişə 4 dövrə qalmış bolidi maneəyə çırpılan, liderlər sırasında olan Red Bull komandasının pilotu mübarizəni dayandırmışdı.
Həmin vaxt Azərbaycan Qran Prisinin qalibi Ferstappenin komanda yoldaşı Serxio Peres qalib gəlmişdi. İkinci pillə Aston Martin pilotu Sebastyan Fettelə, 3-cü pillə isə Alpha Tauri-dən Pyer Qasliyə nəsib olmuşdu. Maks Ferstappenin qəza törətməsinə səbəb olan "Mercedes"in britaniyalı pilotu Lüis Hemilton isə Bakıda 16-cı pillə ilə kifayətlənmişdi.
Eləcə də oxuyun:
* Ferstappeni qəzaya salan Hemilton qalib oldu
* Sürətli, qəzəbli, gərgin final: Bakıda “Formula-1”in son günü FOTOLARDA
* "Formula-1"in Azərbaycan Qran Prisi: Qalib bəlli oldu
* Formula 1: Türkiyə Qran-prisində yeni rekord