BAKI, 12 dekabr - Sputnik. Xalq artisti Ramiz Novruz xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, aktyor APA-ya açıqlamasında vəziyyətinin hazırda yaxşı olduğunu söyləyib.
"Ciddi bir şey olsa belə, hər şey nəzarətdədir. İşə gedirəm. Ayın 30-na tamaşa salıblar. Evdəyəm, xəstəxanada deyiləm. Evdə dərman qəbul edirəm. Hazırda mədəmdə möhkəm soyuqdəymə olub. Ondan müalicə alıram, vəssalam", - Ramiz Novruz deyib.
Qeyd edək ki, dünən Xalq artistinin mədə xərçəngi diaqnozu ilə xəstəxanaya yerləşdirilildiyinə dair məlumatlar yayılmışdı. Aktyorun oğlu Cavidan Novruz bildirmişdi ki, atasının vəziyyəti qəfildən pisləşib və onlar həkimə müraciət etməli olublar. İlkin müayinədən sonra aktyora mədə xərçəngi diaqnozu qoyulub. C.Novruz qeyd edib ki, Xalq artistinin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Eləcə də oxuyun:
* Musiqili Teatr əməkdar artist barədə açıqlama verməyə məcbur oldu