BAKI, 9 dekabr — Sputnik. "Pandemiya hələ sona çatmayıb. Bu gün virusun daha çox mutasiyaya uğramış, yeni ştammı - "Omikron" peyda olub və hamının narahatlığına səbəb yaradıb".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, ilkin mülahizələrə görə, yeni ştamm daha sürətlə yayıla bilir, həm də əvvəlki qazanılmış immun cavabdan müəyyən qədər yayına bilir: "Yaxın vaxtlarda müşahidələr bu mülahizələrin nə qədər doğru olmasına aydınlıq gətirəcək. Belə bir təhlükə şəraitində insanların qorunması, yoluxma hallarının sürətli artımının qarşısının alınması məhz bizim qoruyucu qızıl qaydalara necə əməl etməyimiz və yenə də vaksinasiyada fəal iştirakımızdan asılı olacaqdır.
Bu qoruyucu qaydalara ciddi əməl etmək və eyni zamanda yaşlı və xəstə insanların, uşaqların, hamilə qadınların qrip virusuna qarşı da peyvənd olunması mövsümi respirator infeksiyaların, onlardan baş verə biləcək ağırlaşmaların azalmasına gətirib çıxara bilər. Beləliklə, hər şey özümüzdən asılıdır, yalnız səylərimizi birləşdirməklə infeksiyanı etibarlı surətdə nəzarətdə saxlaya və öz dolğun həyatımıza davam edə bilərik".
Qeyd edək ki, ABŞ-ın Kembric universitetindən olan (Massaçustes ştatı) virusoloqlar koronavirusun hazırda dünyanı lərzəyə salan “omikron” ştammında insan geni aşkar ediblər.
Virusoloqlar müəyyən ediblər ki, “omikron” ştammı koronavirusun genetik kodunda və eyni zamanda insan genində yer alan və soyuqdəymə xəstəliyini yaradan mutasiyalardan birini əldə edib. Başqa sözlə, koronavirusun bu mutasiyası soyuqdəymə xəstəliyini yaradan digər respirator virusunun genetik materiallarının bir hissəsini özünə götürüb.
Eləcə də oxuyun:
* "Omikron" ştammında insan geni aşkarlandı
* Əlbir olub bir ayı bir şir ilə... Valideynlər "buster" vaksin vurdurmağa məcbur edilirlər?
* Üç qurumdan "Omicron" ştammı ilə bağlı birgə bəyanat - Vaxt itirməyin