AZƏRBAYCAN XƏBƏRLƏRİ

Helikopter qəzasında yaralanan hərbçilər evə buraxılıb

Hazırda yaralıların vəziyyəti yaxşıdır, hər iki hərbçi müalicələrini ev şəraitində müalicələrini davam etdirirlər.
Sputnik
BAKI, 9 dekabr - Sputnik. Noyabrın 30-da Qaraheybətdə aviasiya poliqonunda təlim uçuşları həyata keçirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus Mi-17 helikopterində xəsarət alan hərbçilər evə buraxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi yayıb.
Qeyd olunub ki, yaralı hərbçilər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Dövlət Sərhəd Xidmətinin hospitalından ambulator müalicəyə buraxılıb. Hazırda yaralıların vəziyyəti yaxşıdır, hər iki hərbçi müalicələrini ev şəraitində müalicələrini davam etdirirlər.
Xatırladaq ki, noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman Dövlət Sərhəd Xidmətinə məxsus helikopter qəzaya uğrayıb.
Mİ-17 markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.
Eləcə də oxuyun:
* Bir həftədə ailənin iki böyük itkisi: Biri "Əfsanəvi Füzuli Cavadov"
* Helikopter qəzasında yaralanan sərhədçilərin son durumu açıqlanıb
* Helikopter qəzasının qurbanlarına şəhid statusu verildi, ailələrinə sosial ödəniş ediləcək
* "Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım" - Övladını təkbaşına böyütmüş ana
* Atasını tabutda təsvir edərək ürəkləri dağlayan şəhid qızı o rəsm haqqında danışdı