BAKI, 7 dekabr — Sputnik. Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, hərracda tələb 99,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Xatırladaq ki, 2 dekabr 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 100,7 ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
Həmçinin 16 noyabr 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 90,1 milyon ABŞ dolları, 18 noyabr 2021-ci il tarixində keçirilmiş hərracda 97,6 milyon ABŞ dolları, 23 noyabrda keçirilmiş hərracda isə 96,5 milyon ABŞ dolları, 30 noyabrda keçirilmiş hərracda isə 142,9 milyon ABŞ dolları təşkil etmişdi.
Eləcə də oxuyun:
* Nazir müavini: Qiymət artımının səbəbi idxal məhsullarıdır