BAKI, 7 dekabr — Sputnik. Gənc rejissor Lətif Lətifsoyun "Anya" qısametrajlı filmi Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Türkiye Sinema ve Televizyon Eseri Sahipleri Meslek Birliği"nin keçirdiyi 9-cu Beynəlxalq İpək Yolu Film Mükafatlarının həyata keçirdiyi beynəlxalq sənədli filmlər kateqoriyasında "Jürinin xüsusi mükafatı"na layiq görülüb. Rejissorun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, film eksperimental-sənədli janrdadır.
Lətif Lətifsoy
© Photo : courtesy of Letif Letifsoy
Filmin xronometrajı 12 dəqiqəlikdir:
"Filmdə əvvəlki həyatında bir kənddə rus dili və ədəbiyyatı müəllimliyi edən yaşlı Anyanın həyatından epizodlar təqdim edilərək, onun düşüncə və xəyal dünyasının dərinliklərindən bəhs olunur".
Qeyd edək ki, film rejissorun ilk ekran işidir. Filmin təsvir rejissoru da L. Lətifsoydur. Bəstəkarı isə Azər Hacıəsgərlidir. Film, bundan öncə 38-ci Fəcr Beynəlxalq Film Festivalının iki əsas müsabiqə bölməsindən biri olan "Eastern Vista"ya seçilib.
Məlumat üçün bildirək ki, Lətif Lətifsoy "Azərbaycanfilm" kinostudiyasının PR meneceridir.
Həmçinin oxuyun:
Kinooperator: Axı indi Stanislavski dövrü deyil...
Şəkidən-Moskvaya və böyük sənətə - Azərbaycan kinosuna italyan neorealizmini gətirən adam
Yeddi milyon manat azdır - deputatlardan xahiş