BAKI, 7 dekabr - Sputnik. Azərbaycan Məhkəmənin irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qeyd etdiyi tədbirlərə əməl edəcək. Azərbaycan Beynəlxalq Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiqdir.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan XİN-in Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti qərarına dair məlumatında deyilir.
7 dekabr 2021-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib.
"Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib.
Azərbaycan, Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistana qarşı verdiyi bu qərarını alqışlayır və Ermənistanı Məhkəmənin qərarını dərhal yerinə yetirməyə çağırır", - məlumatda deyilir.
"Məhkəmənin Ermənistan tərəfindən tələb edilən müvəqqəti tədbirlər ilə bağlı qərarına gəldikdə, vurğulamaq istərdik ki, Ermənistan tərəfindən qaldırılan saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair vəsatətlər Məhkəmə tərəfindən rədd edilib.
Azərbaycan beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa
və Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək", - XİN-in məlumatında vurğulanır.
və Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək", - XİN-in məlumatında vurğulanır.
-----------
20:09
Birləşmiş Millətlər Təşkilatının (BMT) ali məhkəmə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı təxirəsalınmaz tədbirlərin görülməsi ilə bağlı qərar verib.
Məhkəmənin qərarına əsasən, Ermənistan dövləti azərbaycanlılara qarşı etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı təcili tədbirlər görməlidir.
Sputnik Azərbaycan bildirir ki, bunu məhkəmənin sədri Coan Donohyu deyib.
“Ermənistan Respublikası BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyası çərçivəsində götürdüyü öhdəliklərinə uyğun olaraq, öz ərazisində təşkilatlar və özəl şəxslər tərəfindən də daxil olmaqla azərbaycanlı milli mənsubiyyəti olan şəxslərə hədəflənmiş irqi ayrı-seçkiliyə təhrik və təşviqin qarşısını almalıdır”, - məhkəmə sədri qeyd edib.
Həmçinin məhkəmə hər iki tərəfi vəziyyətin pisləşməsinə gətirə biləcək istənilən addımlardan çəkinməyə çağırıb.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılması”, Hərbi Qənimətlər Parkının bağlanması və Azərbaycan tərəfindən guya törədilmiş müharibə cinayətlərinin araşdırılmasına dair iddiaları təmin etməyib.
Ermənistan sentyabrın 16-da BMT məhkəməsinə müraciət edərək Azərbaycanın guya ermənilərə qarşı irqi ayrı-seçkilik etməsinə görə iddia qaldırmışdı. Bundan bir həftə sonra isə Azərbaycan qarşılıqlı iddia ərizəsini Haaqadakı məhkəməyə tədim etdi.
Eləcə də oxuyun:
* Ermənistan bütün dünyaya Azərbaycandan şikayətlənir. Bakıda bu barədə nə düşünürlər
* Paşinyanın bəyanatlarını oxuyun - Azərbaycan XİN-dən erməni diplomatlara
* Azərbaycanın beynəlxalq məhkəmələrdən gözləntiləri: haqq-ədalət yerini tapacaqmı?