CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vətən müharibəsinin qazi müəllimi insultdan öldü

Bir müddət Rusiyada yaşayan Orucov ötən ilin sentyabrında könüllü olaraq zabit kimi Vətən müharibəsində iştirak edib.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Vətən müharibəsi iştirakçısı olan müəllim vəfat edib. O, Bakı Dövlət Universitetinin məzunu olan Azad Orucovdur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu haqda "Vətən müharibəsi əlillərinə kömək" İB-dən bildirilib.
Azad Orucov əsgəri xidmətini Murovdağda etdikdən sonra Salyan şəhər 2 saylı orta məktəbdə müəllim və təhsil şöbəsində işləyib.
Sonralar bir müddət Rusiyada yaşayıb və yenidən Azərbaycana dönüb. Ötən ilin sentyabrında könüllü olaraq zabit kimi Vətən müharibəsində iştirak edib.
Azad Orucovun ötən gecə 45 yaşında qəflətən insultdan öldüyü bildirilir.
Qeyd edək ki, bu yaxınlarda 44 günlük Vətən müharibəsi digər bir qazisi vəfat etmişdi. Müharibə zamanı ayağından yaralanmış İslam Əlizadə noyabrın 15-də səhər saatlarında dünyasını dəyişmişdi. Onun ürək tutmasından vəfat etdiyi, gecə yatıb səhər durmadığı bildirilirdi.
Allah rəhmət eləsin!
Eləcə də oxuyun:
* Vətən müharibəsi qazisi niyə vəfat edib?
* Beyninin yarısını, 6 barmağını, 1 gözünü itirən qaziyə nə qədər təqaüd təyin olunub? Rəsmi
* Nazirlik etiraz aksiyası keçirən qazilərlə bağlı açıqlama yaydı