VİDEO

Kəlbəcər yaylaqlarından yeni görüntülər

1993-cü il aprelində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Kəlbəcər rayonu ötən il noyabrın 25-də üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq erməni işğalından azad edilib.
Sputnik
BAKI, 6 dekabr — Sputnik. Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Keçiliqaya kəndindən videogörüntülər yayıb.
Sputnik Azərbaycan videoçarxı təqdim edir.
Keçiliqaya kəndi dağlıq ərazidədir. Keçmiş adı Qoşunəlilər olub. Onu qoşunəlilər nəslinə mənsub ailələr Keciliqaya deyilən yerdə salıblar.
Bu kəndin yerləşdiyi ərazidə dağ keçiləri yaşayan, böyük qayaları olan dağ olduğuna görə belə adlanır. Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskəni olub. Onun bünövrəsini Gəncənin Balçılı kəndindən gələn Hüseyn adlı bir şəxs qoyub.
Kənddə Arxac yeri, Bədəlli yurdu, Sarayölən yurd, Qaladərə yurdu, Saxanlar yurdu, Dəyirmi yurd, Binə yurdu, Qabanqayası yurdu yaylaqları var.
Ərazisində Qaynar bulaq, Daş bulaq, Yal bulaq, Turşsu, Dəmirli bulaq, Portport bulaq, Göy bulaq, Soyuq bulaq, Damcılı bulaqları qaynayır.
Qeyd edək ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi. Onu da bildirək ki, Kəlbəcər 1993-cü ilin aprel ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdi.
Kəlbəcər rayonu ötən il noyabrın 25-də üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq erməni işğalından azad edilib.

Həmçinin oxuyun:

Azad olunmuş Kəlbəcər ötən bir ildə
Kəlbəcərin İstibulaq kəndindən "əsrarəngiz" görüntülər
Füzuli rayonunun Mollavəli kəndindən videogörüntülər