RUSİYA

Putin və Bayden arasında videozəng dekabrın 7-ə planlaşdırılır

Rusiya və ABŞ prezidentləri arasında ilk görüş bu il iyunun 16-da Cenevrədə keçirilib. Liderlərin görüşdən sonrakı birgə bəyanatında tərəflər strateji sabitlik üçün ikitərəfli dialoqa başlamaq niyyətində olduqlarını bildirmişdilər.
Sputnik
BAKI, 4 dekabr - Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Co Bayden arasında danışıqlar dekabrın 7-də keçiriləcək. Bu barədə RİA Novosti-yə Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Axşam olacaq. Prezidentlər özləri qərar verəcəklər", — deyə Peskov görüşün günün hansı vaxtı keçiriləcəyi və nə qədər davam edəcəyi barədə sualın cavabında bildirib.

Danışıqların videokonfrans formatında keçiriləcəyi bildirilir.
Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin bu günlərdə bəyan edib ki, ABŞ və onun müttəfiqləri ilə danışıqlarda RF "NATO-nun şərqə doğru istənilən genişlənməsini və Rusiyaya təhdid yaradan silah sistemlərinin ölkə ərazisinin birbaşa yaxınlığında yerləşdirilməsini istisna edən konkret razılaşmaların hazırlanmasında" israr edəcək.
Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri arasında ilk görüş bu il iyunun 16-da Cenevrədə keçirilib. Liderlərin görüşdən sonrakı birgə bəyanatında tərəflər strateji sabitlik üçün ikitərəfli dialoqa başlamaq niyyətində olduqlarını bildirmişdilər.
Eyni zamanda Rusiya və ABŞ kibertəhlükəsizlik, məhbus mübadiləsi və silahlara nəzarət üzrə məsləhətləşmələrə başlamaq niyyətində olduqlarını da açıqlamışdılar.
Həmçinin oxuyun:
Putinlə Baydenin görüşü nə vəd edir?
Putin Cenevrədə mətbuat konfransında nələrdən danışdı?
Rusiya lideri Baydeni "peşəkar" adlandırdı - RF prezidentinin görüş təəssüratları
Rusiya və ABŞ prezidentlərinin strateji sabitlik barədə birgə bəyanatı
Rusiya-ABŞ sammiti: danışıqlar hansı şəraitdə keçdi
Putin ABŞ-ın beynəlxalq korporasiyalara qoyulan vergi ilə bağlı ideyası barədə
Putin Rusiya-ABŞ sammitinin yekunları barədə vacib bəyanatlar verib