BAKI, 4 dekabr — Sputnik. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,38 ABŞ dolları, yaxud 1,93 % artıb.
Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 72,76 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
Xatırladaq ki, Energetika Nazirliyinin hesabatına əsasən, 2021-ci ilin oktyabr ayında Azərbaycanda sutkalıq neft hasilatı (o cümlədən kondensat) 704,4 min barrel, cari ilin sentyabrında isə 703,1 min barrel təşkil edib.
Hasilatın ümumi həcmində 585,9 min barrel xam neftin, 118,5 min barrel isə kondensatın payına düşüb.
Qeyd etmək lazımdır ki, OPEC+ karteli nazirlərinin 20-ci görüşündə qəbul olunmuş qərarda Azərbaycanda sutkalıq neft hasilatının oktyabr ayında 640 min barrelə çatdırılması nəzərdə tutulurdu.
Həmçinin oxuyun:
Heç nə dəyişmədi: OPEC+ yanvar ayında hasilatı 400 min barrel artıracaq
Professor: İqtisadiyyatda yığılıb qalmış problemlərin səbəbi pandemiyanın üzərinə yıxılır