BAKI, 3 dekabr — Sputnik. Türkiyə lirəsinin dollara olan məzənnəsi növbəti dəfə rekord vurub. Sputnik Azərbaycan xəbər verir ki, bir dollar artıq 13,89 türk lirəsinə dəyişdirilir.
Səhər saatlarında olan hərraca əsasən, Türkiyə lirəsinin məzənnəsi daha 2% düşərək 1 dollar/13,89 lirə səviyyəsində qərarlaşıb.
Ekspertlər türk lirəsinin məzənnəsinin aşağı düşməsini "Fitch" beynəlxalq reytinq agentliyinin hesabatı ilə əlaqəndiriblər. "Fitch" agentliyi Türkiyənin xarici valyutada emitent defoltu reytinqini sabit uzunmüddətli həddən neqativ "ВВ-" səviyyəsinə qədər azaldıb.
Bundan əlavə, Türkiyədə inflyasiya noyabr ayında proqnozlaşdırılandan çox olub. İllik hesablamaya görə, inflyasiya göstəricisi 21,31% olub ki, bu da son üç ilin ən yüksək göstəricisidir.
Qeyd edək ki, lirənin ucuzlaşması fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 2-də ölkənin maliyə nazirini vəzifəsindən azad edərək yerinə yenisini təyin edib. Türkiyənin maliyyə naziri indi Lütfi Elvanın əvəzinə Nureddin Nebatidir.
Dekabrın ortalarında Türkiyə Mərkəzi Bankının stavkanı endirəcəyi xəbərləri fonunda lirə dekabrın 1-i səhər yenə dəyər itirib - tarixi minimumu yeniləyərək 1 dollar üçün 13,71 dollar səviyyəsinədək ucuzlaşıb. Bundan sonra Türkiyə MB "valyuta məzənnələrində müşahidə olunan qeyri-sağlam qiymət formalaşdırılması səbəbindən" valyuta bazarına birbaşa müdaxilə ediləcəyini bəyan edib.
Eləcə də oxuyun:
* Lirənin ucuzlaşması və erkən seçki tələbi – Ankarada nələr baş verir?
* Türkiyə lirəsinin məzənnədən düşməsi xronikası: 2001-ci ildən bəri maksimum antirekord