DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Potensial təhlükəli asteroid Yer kürəsinə yaxınlaşacaq

NASA Yer kürəsinin asteroidlərdən müdafiə sistemini sınaqdan keçirmək üçün kosmosa peyk buraxıb.
Sputnik
BAKI, 3 dekabr — Sputnik. NASA-nın Reaktiv Hərəkət Laboratoriyası bildirib ki, "4660 Nereus" (Nerey) asteroidi dekabrın 11-də Yer kürəsi orbitinin yaxınlığında uçacaq. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, yumurta formalı asteroidin diametri 330 metrdir, o, 664 gündə Günəş ətrafında tam dövr edir.
"4660 Nereus" asteroidi ilk dəfə 1982-ci ildə aşkar edilib. NASA bildirib ki, Yer kürəsi üçün potensial təhlükəli olan bu asteroid ona təxminən 4 milyon kilometr məsafədə yaxınlaşacaq.
Bu yaxınlarda NASA Yer kürəsinin asteroidlərdən müdafiə sistemini sınaqdan keçirmək üçün kosmosa peyk buraxıb. Zond trayektoriyası planetin təhlükəsizliyinə təhlükə yarada biləcək asteroidlərin istiqamətlənməsinin mümkünlüyünün araşdırılması üzrə vəzifələrini yerinə yetirəcək.
Bundan əvvəl NASA alimləri "2016 JG12" asteroidinin Yer kürəsinə yaxınlaşması barədə xəbərdarlıq etmişdilər. Kosmik agentliyin məlumatına görə, noyabrın 20-də planetimizin yaxınlığından 5 milyon km-dən çox məsafədə səma cismi uçub. Uçuş zamanı göy cisminin sürəti 7,48 km/s-a çatırdı.

Həmçinin oxuyun:

Yer ətrafında Ayın bir parçası dolaşır
NASA asteroidlərə qarşı kamikadze aparatını sınaqdan keçirəcək