BAKI, 3 dekabr — Sputnik. Azərbaycanda Türkiyə istehsalı "Hürkuş" təlim təyyarəsi sınaqdan keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Twitter" hesabında paylaşım edib.
"Hürkuş" təyyarəsi hərbi təlim üçün nəzərdə tutulub.
Dekabrın 3-də Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov və Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı təyyarəyə baxış keçiriblər.
Azərbaycanlı və türkiyəli pilotlar təyyarənin üzərində iki ölkənin bayrağını dalğalandırıblar.
Qeyd edək ki, 2018-ci ildə ilk uçuşunu həyata keçirən "Hürkuş" təlim təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinə təslim edilib. "Hürkuş" təlim təyyarəsi NATO-ya üzv ölkələrin ordularında da istifadə olunacaq.
Eləcə də oxuyun:
* Qarşılayın, Azərbaycanın yeni qırıcıları - İsrailin də işlətdiyi “Səma Ferrari”ləri
* Sabiq hərbi pilot: Azərbaycan Rusiya qırıcıları ala bilər
* Azərbaycan Pakistandan qırıcıları almaqda maraqlıdır - Hərbi attaşe