RUSİYA

Rusiyada 6 yaşdan böyük uşaqlar üçün vaksinin tədqiqinə başlanıb

Noyabrın sonlarında Rusiyada 12-17 yaşlı yeniyetmələrə COVID-19-a qarşı vaksinin tətbiqinə icazə verilib. Həmin vaksin "Qam-KOVİD-Vak M" və ya "Sputnik M" adlandırılıb.
Sputnik
BAKI, 30 noyabr - Sputnik. Rusiyanın N.F.Qamaleya adına epidemiologiya və mikrobiologiya elmi-tədqiqat mərkəzi 6 yaşdan böyük uşaqlar üçün koronavirusa qarşı peyvəndin tədqiq olunması üçün sənədləri təqdim edib. RİA Novosti xəbər verir ki, bunu Mərkəzin direktoru Aleksandr Gintsburq deyib.

"Biz 6 yaşdan 11 yaşadək uşaqlar üçün sənədləri təqdim etmişik", — deyə direktor jurnalistlərə bildirib.

Bundan əlavə Gintsburq milli peyvəndlər təqviminə uşaqlar üçün COVİD əleyhinə preparatın daxil edilməsinə çağırıb.
Xatırladaqq ki, noyabrın sonlarında Rusiyada 12-17 yaşlı yeniyetmələrə COVID-19-a qarşı vaksinin tətbiqinə icazə verilib. Həmin vaksin "Qam-KOVİD-Vak M" və ya "Sputnik M" adlandırılıb.
Российский препарат "Спутник Лайт" от коронавирусной инфекции COVID-19
Səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib ki, uşaqlar könüllülük əsasında və yalnız valideynlərinin və ya hüquqi nümayəndələrinin razılığı əsasında peyvənd olunacaqlar.
Bir qədər sonra isə səhiyyə naziri Mixail Muraşko bildirib ki, "Sputnik M"-in artıq üç həftədən sonra tətbiqinə başlanacaq.
Nazirlikdən bildirilib ki, "Qam-KOVİD-Vak M" vaksini də "Sputnik V" kimi iki komponentdən ibarətdir və 21 gün intervalla vurulacaq.
Həmçinin oxuyun:
Qamaleya Mərkəzi: Omicron ştamma görə təlaşlanmağa dəyməz
Xəstəlikdən sonra 1-ci dozanı almışların peyvənd sertifikatı müddətsiz olacaq